Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Araz Əzimov Hulusi Kılıça cavab verdi

“Təhrif edilmədən dediyim hər sözün arxasında dayanmağa hazıram"

Xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın onun «CNN-Türk” telekanalına verdiyi müsahibə ilə bağlı bu gün açıqladığı mövqeyinə münasibət bildirib.

Nazir müavini APA-ya eksklüziv açıqlamasında bunları deyib: “Təhrif edilmədən dediyim hər sözün arxasında dayanmağa hazıram və dediyim bütün sözlərin həqiqi əsasları var. Türkiyənin Azərbaycandakı səfirinin verdiyi bəyanata gəldikdə isə, ona hər hansı reaksiya verməyi lazım və özümə uyğun hesab etmirəm”.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin “CNN-Türk” telekanalına açıqlamasında bildirib ki, Ankara Sürix protokollarına imza atmaqla Qarabağ münaqişəsinin həllini çətinləşdirib: “Bu protokollar bizi böhran vəziyyətinə gətirdi. Bir tərəfdən vəziyyəti çətinləşdirdi. Digər tərəfdən, normalaşma prosesi də dayandırıldı və Qarabağ məsələsində irəliləyiş əldə edilmədi”.

A. Əzimovun bu sözlərinə münasibət bildirən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə bu gün jurnalistlərə açıqlamasında deyib ki, Araz Əzimovun söylədikləri onun öz fikirləridir: “Türkiyənin siyasəti güclü siyasətdir. Mən hər halda onun səhv danışdığını düşünürəm”.






19 Mart, 2011  01:07 Baxılıb: 1651 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner