Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türkiyənin ilk qadın deputatı

Türkiyədə Cümhuriyyət  elan edildikdən sonra rellaşdırılan köklü dəyişikliklər arasında, Türk qadınına tanınan seçmə və seçilmə haqqı əhəmiyyətli amil olaraq yer alıb. Son illərdə qadının cəmiyyətdəki yeri ilə bağlı diqqətəlayiq işlər görülməklə yanaşı, xüsusilə qadınlara tanınan siyasi hüquqlar və bu hüquqların istənilən şəkildə istifadə hüququ verilib. Hüquqların üzərindən yetmiş ilə yaxın bir müddət keçməsinə baxmayaraq, qadının siyasətdəki yeri ilə siyasi toplumdakı rolu və fəaliyyəti hələ müzakirə mövzusu olaraq qalır. Bu müzakirələrin mərkəz nöqtəsini isə, daha çox millət vəkili seçilən qadınların sayca azlığı məsələsidir. Halbuki, 1930-cu ildən bu günümüzə qədər məclisə girmiş qadınların sayının azlığı və buradakı gördüyü işlərin araşdırılması lazım olan bir mövzudur.

Tarixdən bir neçə səhifə

Türkiyədə qadınlara millət vəkili seçmə və seçilmə haqqı ( dekabr 1934-cü il) verildikdən sonra qadınlar ilk olaraq 1935-vi ildə fevral ayının 8-də millət vəkili seçkisinə qatılıblar.

Mustafa Kamal Atatürkün 1919-cu ilin may ayının 19-da başlatdığı mübarizəyə qadınlar  bölgələrdə yığıncaqlar və mitinqlər keçirərək dəstək verdilər. Müəllimlər Cəmiyyətinin rəhbəri Naki Elgün xanım 1920-ci il yanvar ayının 13-də, soyuq bir qış günündə Sultanəhmet Meydanında keçirilən mitinqdə belə deyirdi: "Qarşımızda açıq iki yol var: Biri tariximizlə və şanımızla davam etmək; digəri, yadlara tariximizi həvalə edib əbədiyyata aparmaqdır".

Zəfərlə bitən mübarizə

Qadınların bu mübarizələri, Qurtuluş Döyüşü 1923-cü ilin 9 sentyabr tarixinə kimi – İzmirdə zəfərlə bitənə qədər sürdü.

Mustafa Kamal Atatürk, bu qəhrəman türk qadınlarına layiq olduqları hüquqların hamısını təslim etdi. Bu hüquqlara mədəniyət, təhsil,  geyim inqilabı, seçmə və seçilmə haqqı daxil idi.

Nəhayət 1934-cü il dekabrın 5-də Parlamentin qapısı qadınlara açıldı. Türk Qadınlar Birliyi  seçmə və seçilmə haqqının qazanılmasını qeyd etmək üçün Sultanəhmet Meydanında mitinq keçirdi və Bəyazitdən Taksimə kimi yürüş etdi.

Qadınların ilk dəfə səs vermələri 1935-ci ilin  8 fevralında reallaşdı. İlk olaraq 17 qadın millət vəkili ilk dəfə məclisə girdi. Əlavə seçkilərdə bu say 18-ə çatdı.

Görəsən millət vəkili seçilən ilk qadın kim olub?

Benal Arıman kimdir?

Seçilmə haqqını istifadə edən ilk qadın – Benal Arıman 1935-ci ildə Atatürkün məclisində öz gücü ilə millət vəkilliyini qazanan ilk qadındır. O, 1903-cü ildə  İzmirdə dünyaya göz açıb. Atası jurnalist və şair Tofiq Nevzat bəydir.  Sorbonne Universitetində ədəbiyyat təhsili alan Arıman daha sonra İzmirdə Xalq Partiyasında vəzifə almış qadınların partiyalara girmədiyi o illərdə latin əlifbasının öyrənilməsi və yayılması üçün səy göstərib. Daha sonra millət vəkili seçilən Arıman bələdiyyə və partiya üzvlüyündən sonra bir qadın olaraq mövqeyinə görə heç bir narahatlıq yaşamayıb. On altı il müddətlə qadın millət vəkili olaraq vəzifə yerinə yetirən Benal Arıman hamiləliyi dövrünü illik məzuniyyətlərindən istifadə edərək gizlicə doğum etmişdir və hamiləliyi dövründə TBMM-də görünməyi uyğun bilməyib.

Ümumilikdə isə həmin ilin millət vəkili seçkilərində 18 qadın millət vəkili seçilib.

Benal Nevzat Arima - İzmir

Mebrure Gönenç - Afyonkarahisar

Sabiha Gökçül Erbay - Balıkesir

Şekibe İnsel - Bursa

Huri Öniz Baha - Diyarbakır

Dr.Fatma Memik - Edirne

Naki Elgün - Ərzurum

Fəqihlərin Öymən - İstanbul

Xatın çırpan (Satın Qadın) - Ankara

Ferruh Güpgüp - Kayseri

Bahir Bediş Morova - Konya

Mihri Pektaş - Malatya

Meliha Ulaş - Samsun

Fatma Esma Nayman - Seyhan

Sabiha Görkey - Sivas

Seniha Hızal - Trabzon

Türkan Örs Baştuğ - Antalya

Xədicə Özgener – Çankırı

Hüseyn İbadlı







24 İyun, 2014  13:10 Baxılıb: 1287 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner