Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva əsgərlərlə görüşdü

Qənirə Paşayeva Novruz bayramı münasibəti ilə Tovuz rayonunda “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirib

Simsar.az-ın məlumatına görə, əsgərlər qarşısında çıxış edən millət vəkili onları təbrik edib və milli bayram ərəfəsində səngərlərdə olan hərbi qulluqçulara öz xidmətlərində intizamlı və dəqiq olmalarını arzulayıb. 

Millət vəkili Qənirə Paşayeva xidmətində fərqlənən əsgər və zabitlərə bayram sovqatı, hədiyyələr və Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş kitab təqdim edib.

Jurnalistlərin suallarını cavablandıran Q. Paşayeva düşmənlə sərhəddə, səngərlərdə torpaqları qoruyan hərbiçilərin yanında olmağın hər bir kəsin borcu olduğunu bildirib: “Ölkənin bütün ziyalıları hər gün ordunun yanında olmalıdır. Xüsusi ilə bayram günlərində bayramları onlarla birlikdə keçirməli və onlara göstərməliyik ki, millət, xalq olaraq biz ordumuzun arxasında dayanmışıq. Bu gün biz istədik ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş kitabın ilk təqdimatı hərbi hissələrdən başlansın. Biz Qarabağ İctimai Forumu ilə birgə bu kitabın hərbi hissədə ilk təqdimatını etdik, çoxlu sayda əsgər və hərbiçilərə bu kitab hədiyyə olundu. Əsgərlərimiz bu kitabları oxuyub belə qəhrəmanlardan örnək götürməlidirlər”.






18 Mart, 2011  21:16 Baxılıb: 1534 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner