Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

500 milyon məxfi məlumat oğurlanıb

İnformasiya təhlükəsizliyi (İT) sahəsində insidentlərin 95 faizinə səbəb insan faktoru olur.

Simsar.az-ın məlumatına görə 133 ölkədə min istifadəçinin kompüter şəbəkəsində baş verən insidentlərlə bağlı statistikanı toplayan “IBM Managed Security Services” təhlükəsizlik xidməti 2013-cü ilin məlumatları əsasında tərtib olunan yeni  “IBM Security Services 2014 Cyber Security Intelligence Index” hesabatını təqdim edib. Hesabatda aparılan təhlillər göstərir ki, baş verən insidentlərin əksəriyyəti insan səhvindən qaynaqlanır.

Ən populyar səhv fişinq məlumatında link üzrə zərərli sayta keçiddir. Problemlər tez-tez serverin düzgün olmayan konfiqurasiyası, “patch”ın (kompüter fayllarına avtomatik şəkildə müəyyən dəyişikliklərin edilməsi üçün informasiya) görünməsinə əhəmiyyətin verilməməsi, istifadəçi adının və parolunun daim başlanğıc kimi istifadəsi, noutbuk və ya digər mobil qurğunun itirilməsi səbəbindən baş verir.

“IBM” qeyd edir ki, informasiya təhlükəsizliyi ilə bağlı problemlər ildən-ilə artır, 2013-cü ildə isə insidentlərin sayı rekord həddə çatıb. Ötən il müxtəlif şirkətlərin abunəçilərinin 500 milyon məxfi məlumatı, o cümlədən elektron poçt ünvanı, bank kartlarının nömrələri və parolları oğurlanıb.

Əməkdaşlarının sayı 1000-5000 nəfər təşkil edən iri təşkilatların təxminən hamısı il ərzində dəfələrlə təhlükəsizlik təhdidləri ilə üzləşib. “IBM”-in statistikasına əsasən, il ərzində şirkətlərdə təhlükəsizliklə bağlı baş verən hadisələrin (security events) orta sayı 91 milyonu ötüb. Əksər hadisələr (məsələn, portların skan edilməsi və ya avtorizə etmə cəhdləri) bir hücuma adi edilir. İl ərzində iri şirkətlərə hücumların orta sayı 16 865 təşkil edib. Bu, bir ildə 109 real insident deməkdir, - “Xaker” yazır.

Vüsal Qarayev







20 İyun, 2014  14:08 Baxılıb: 989 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner