Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şeyx: "Arzularımızı səməni kimi göyərdəcəyik"

Şeyxülislam Hacı Allahşükür Paşazadə xalqa Novruz təbriki

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. 

İdarənin mətbuat xidmətindən Simsar.az -a daxil olan təbrikdə xalqımızın qədim və gözəl bayramı-Novruz münasibətilə ürəkdən təbrik edilir, hamıya Allahtaaladan səadət və rifah, bol bayram sevinci və xeyirli günlər arzulanır: 

“Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Bu bayramda savaşlar dayandırılır, küsülülər barışır, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşürlər. Bu əziz günlərdə dünyadan gedənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, ailə məhəbbətini və dostluq tellərini bərkitmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir. Uca Yaradandan süfrələrə xeyir-bərəkət, nemətlərə təşəkkür diləyi ilə Novruza qədəm qoyan xalqımızın ümdə duaları Vətənimiz, dövlətimiz və zəfərli sabahımız üçündür. Allaha çox şükürlər olsun ki, hər yeni Novruz bayramı ölkə rəhbərimiz Zati-aliləri İlham Əliyevin yorulmaz səyləri nəticəsində dövlətimiz və millətimizin uğurlu inkişafının göstəricisinə çevrilir, Qarabağda qələbəmizə inam və əzmimizi artırır. Biz əminik ki, inşallah, gün gələcək və biz Novruzu doğma Qarabağda- Xankəndində, Şuşada, Laçında, Kəlbəcərdə qarşılayacaq, el adəti üzrə illərin acısını tonqalda yandırıb, arzularımızı səməni kimi göyərdəcəyik”.

Təbrikdə həmçinin bildirilib ki, astronomik hesablamalara görə, mart ayının 20-dən 21-nə keçən gecə saat 03.20.55-də il təhvil olur: “Bir daha elimizin gözəl bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq diləyirəm. Bayramınız mübarək olsun!”






18 Mart, 2011  17:43 Baxılıb: 5413 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner