Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Zenit” ikiqat ağır yük altında

Martın 17-də futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək

Simsar.az-ın məlumatına görə, Rusiya təmsilçilərindən “Zenit” öz meydançasında Hollandiya “Tvente”sindən ilk oyundakı 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. 

Lakin Rusiya çempionları bu qarşılaşmanı yüksək əhval-ruhiyyədə keçirə bilməyəcəklər. Çünki Sankt-Peterburq komandasının əsas qapıçısı Vyaçeslav Malafeyev matçı buraxmalı olacaq. Onun həyat yoldaşı Marina Malafeyeva bu gün səhər saatlarında avtomobil qəzasında dünyasını dəyişib. Faciəvi hadisə ilə əlaqədar “Zenit” – “Tvente” matçının təxirə salına biləcəyi söylənilirdi. Lakin “Zenit” rəsmiləri bu məsələnin müzakirə mövzusu olmadığını açıqlayıblar.

MOİK də “Portu”dan 0:1 hesablı məğlubiyyətin revanşını almaq üçün Portuqaliyaya yollanıb. Əvəzində “Spartak” Hollandiyada “Ayaks” üzərində qazandığı minimal hesablı üstünlüyü Moskvada qorumağa çalışacaq. Kiyev “Dinamo”su Ukraynadakı ilk görüşdə İngiltərə “Mançester Yunayted”inə 2:0 hesabı ilə qalib gəlib. “Dinamo” cavab matçında da üstünlüyünü qoruya bilsə, 1/8 final mərhələsinin ən böyük sensasiyasına imza atacaq.

22:00. “Zenit” (Rusiya) – “Tvente” (Hollandiya)
İlk oyun - 0:3

22:00. “Spartak” (Moskva, Rusiya) – “Ayaks” (Hollandiya)
İlk oyun – 1:0

22:00. “Mançester Siti” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna)
İlk oyun - 0:2

22:00. PSJ (Fransa) – “Benfika” (Portuqaliya)
İlk oyun – 1:2

00:05. “Portu” (Portuqaliya) – MOİK (Rusiya)
İlk oyun - 1:0

00:05. “Vilyarreal” (İspaniya) – “Bayer” (Almaniya)
İlk oyun – 3:2

00:05. “Liverpul” (İngiltərə) – “Braqa” (Portuqaliya)
İlk oyun – 0:1

00:05. “Reyncers” (Şotlandiya) – PSV (Hollandiya)
İlk oyun – 0:0






18 Mart, 2011  01:28 Baxılıb: 1485 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner