Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Əhmədov: "Sarkisyanın bu bəyanatına heç kəs inanmaz"

"Uşaq qatili adını öz üzərindən götürəndən sonra dünya qarşısında özlərini günahsız qismində qələmə verməyə çalışırlar"

Sianın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov Ermənistan prezidenti Serj Sarkisyanın azərbaycanlı 9 yaşlı uşağın erməni ordusunun əsgəri tərəfindən snayperlə öldürülməsi faktını təkzib etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Sarkisyanın bu bəyanatına heç kəs inanmaz.

Ə.Əhmədov onu da vurğulayıb ki, Sarkisyan özünü bu dərəcədə biabır etmək əvəzinə hadisənin baş verdiyini etiraf etməli və bundan sonra bu cür faciəli hadisələrin baş verməməsi üçün nələr etmək istədiklərini ortaya qoymalı idi: “Əgər belə olsa idi, o zaman daha səmimi hərəkət etmiş olardı. Lakin görünür, Sarkisyan erməniliyindən əl çəkə bilmir və hər zaman olduğu kimi yenə də xaincəsinə uşaq qatili adını öz üzərindən götürəndən sonra dünya qarşısında özlərini günahsız qismində qələmə verməyə çalışırlar”.

Azərbaycan övladının qətlə yetirilməsinin dünya ictimaiyyətinə məlum olduğunu qeyd edən YAP-ın icra katibi: “ATƏT-in Minsk qrupunun həmsədrləri bu barədə kifayət qədər təkzibedilməz faktlara əsaslanmış məlumatlara malikdirlər. Ermənistan hökumət başçısının arsızcasına bəyanatlar səsləndirilməsi sadəcə olaraq onların faktları yetərincə etiraf edə bilməməsi, qorxaqlıqları və acizliyindən xəbər verir”,- deyə əlavə edib.






17 Mart, 2011  22:43 Baxılıb: 1313 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner