Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Təhlükəsizlik vasitələri bazarının həcmi artıb

2013-cü ildə dünyada  təhlükəsizlik vasitələri bazarının həcmi 19,9 milyard dollaradək artıb ki, bu da 2012-ci ilin göstəricisindən 4,9 faiz çoxdur. Simsar.az-ın məlumatına görə bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.

Artımın gözləniləndən az olduğunu qeyd edən şirkət analitikləri bunu son istifadəçilər üçün təhlükəsizlik vasitələrinə və elektron poçt şlüzlərinə tələbatın azalmasının davam etməsi ilə izah edirlər. 2013-cü ildə bu seqmentlər proqram təhlükəsizlik vasitələri bazarının dörddə bir hissəsinə sahib olub. Bundan başqa, dünya bazarının liderlər beşliyinə daxil olan "Symantec” və “Trend Micro” şirkətlərinin satış həcmi müvafiq olaraq 0,3 və 5,3 faiz aşağı düşüb. Nəticədə “Trend Micro”nun payı 5,6 faizədək azalıb və 5,7 faizlik paya sahib olan “IBM” şirkətini irəli buraxaraq üçüncü yerdən dördüncü yerə enib. “Symantec” birinci yeri (18,7 faiz), “McAfee” (8,7 faiz) ikinci yeri tutub. Beşinci yerdə “EMC” (3,8 faiz) şirkəti qərarlaşıb.

Analitiklər vurğulayırlar ki, 2013-cü ildə təhlükəsizlik təhdidləri genişlənib, onların tətbiqi üçün zərərli proqramlar və infrastruktur geniş vüsət alıb. Təhlükəsizliyin təmini üçün ənənəvi yanaşmalardakı çatışmazlıqların başa düşülməsi biznesin təhlükəsizlik vasitələrinin alışı zamanı qərarların qəbul edilməsində rolunu artırıb ki, bu da istehsalçıların gəlirlərinə həm müsbət, həm də mənfi təsir göstərib

Vüsal Qarayev







17 İyun, 2014  12:56 Baxılıb: 935 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner