Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bahar Muradova məktubuna erməni prezidentdən cavab aldı

Serj Sarkisyan: "Biz bu yükü uşaqlarımızın üzərinə qoymamaq üçün həll etməliyik"

Serj Sarkisyan Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradovanın müraciətinə reaksiya bildirib. Serj Sarkisyanın cavabının tam mətnini təqdim edirik: 





Hörmətli xanım Muradova!

Sizin Milli Məclisin iclasında mənə və mənim xanımıma ünvanladığınız bəyanatınız məni həyəcanlandırdı. Hər şeydən əvvəl, ona görə ki, düşünürəm ki, siz dürüst idiniz və öz sözlərinizə əmin idiniz. İkincisi mənim xalqım haqqında qoşulan əfsanələr günbəgün sizin ölkənizdə o qədər kök salır, deyəsən, çoxları üçün həyat kredosuna çevrilir. Bunu quru faktlar və sağlam diskussiyalarla belə dəyişdirmək çətin olacaq.

Mən sizin bəyanatınıza bir erməni və insan kimi reaksiya bildirməyə qərar verdim. Əminəm, əgər siz bizim xalqımızla yaxından tanış olan azərbaycanlılarla danışmağa başlasanız, onlar mütləq ermənilərin əslində necə olduğunu deyəcəklər. Mən başa düşürəm bu çətin məsələdir, cəhd edin, onların səmimi fikrini eşidin.

Əlbəttə, bu təbliğat Sizə və həmvətənlərinizə təqdim olunan dəhşətli “tarix” olsa da, inandırıram ki, tarixdə baş verənləri o insanlar danışacaq, çünki onlar real olacaqlar. Bununla tarixdən tanış olmaq lazımdır.

Həqiqətən, bizim birgə həll edəcəyimiz problem mövcuddur. Birgə. Biz bu yükü uşaqlarımızın üzərinə qoymamaq üçün həll etməliyik. Amma bunu etmək üçün biz ilk növbədə məhvə gedən ictimai atmosferi dəyişdirməliyik, bu atmosferi qidalandıran mexanizmlərdən imtina etməliyik, biz əslində zorakılıq yaradan səbəbləri kökündən, cavan insanların həyatlarının itkilərinə gətirib çıxaran mühiti dəyişdirməliyik.

Biz bütün bu cavan insanların analarına cavab verməliyik. Birlikdə. Bu analar bizdən yalnız bir şeyi tələb edirlər – öz oğullarını.

Hörmətli xanım Muradova

Sizin bəyanatınızın reallıqla heç nəyə malik olmasa da, mən ona cavab verməyə qərar verdim. Ümid edirəm ki, uşağın qətli üzrə qərəzsiz istintaqdan sonra siz sizin üçün çətin olsa da, daha bir bəyanatla çıxış edə biləcəksiniz.

Hörmətlə,
Serj Sarkisyan


Xatırladaq ki, Bahar Muradova 9 yaşlı azərbaycanlı uşağın erməni snyaperinin açdığı atəş nəticəsində öldürülməsini Ermənistanın aqressiv siyasətinin nümayişi olduğunu bildirmişdi. “Mən bu kürsüdən Ermənistan prezidenti və onun həyat yoldaşına səslənirəm- xalqınızı, millətinizi, gənclərinizi uşaqları öldürməkdən uzaq tutun!”,- deyə Bahar Muradova bildirmişdi.






17 Mart, 2011  22:31 Baxılıb: 1316 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner