Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“5G” standartının inkişafına 700 milyon avro ayrılır

Avropa Komissiyası və Cənubi Koreya İnformasiya Texnologiyaları Nazirliyi “5G” rabitə standartının qlobal inkişafına dair saziş imzalayıb.

Simsar.aa xəbər verir ki, sazişə əsasən, tərəflər “5G”-nin tətbiqi üçün lazım olan tədqiqatları birlikdə həyata keçirəcək və yeni rabitə standartından istifadə üçün radiotezliklər hazırlayacaq. “5G”-nin tətbiqi ilə bağlı işlər planının 2015-ci ilin sonunadək işlənməsi nəzərdə tutulur.

Yaxın gələcəkdə analoji sazişi telekommunikasiya sənayesinin nümayəndələri – Avropa “5G” İnfrastrukturu Assosiasiyası və Cənubi Koreya “5G” Forumunun imzalayacağı gözlənilir. Avropa İttifaqı assosiasiyasına “Alcatel-Lucent”, “Atos”, “Deutsche Telekom”, “Ericsson”, “Nokia”, “Orange”, “Telecom Italia”, “Telenor” və “Telefonica” kimi şirkətlər daxildir.

Avropa Komissiyasının vitse-prezidenti Nelli Krus bildirib ki, müxtəlif ölkələrin hökumətləri ilk dəfə olaraq informasiya texnologiyaları bazarını dəstəkləmək və standartlaşdırma prosesini sürətləndirmək üçün səylərini birləşdiriblər. Vitse-prezidentin fikrincə, “5G” internet iqtisadiyyatının və elektron cəmiyyətin inkişafı üçün yeni stimul olacaq.

Qeyd edək ki, Avropa İttifaqı növbəti yeddi il ərzində “5G” standartının inkişafına 700 milyon avro məbləğində vəsait yatırmaq niyyətindədir. Dünyada yeni rabitə standartının 2020-ci ilədək tətbiq ediləcəyi gözlənilir

Vüsal Qarayev







17 İyun, 2014  10:12 Baxılıb: 905 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner