Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əlillərə və şəhid ailələrinə yenə ev verildi

Ağstafada 16 mənzilli bina, Tovuzda isə 1 fərdi ev Qarabağ əlilləri və şəhid ailələrinə təqdim edilib

Bu gün Ağstafa rayonunda şəhid ailələri və Qarabağ əlilləri üçün tikilmiş 4 mərtəbəli 16 mənzilli binanın açılışı keçirib.
APA-nın Qərb bürosunun məlumatına görə, açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Ağstafa rayon İcra Hakimiyyətinin başçısı iştirak edib.
Nazir Fizuli Ələkbərov mənzillərin orderlərini şəhid ailələrinə və Qarabağ əlillərinə təqdim edib. Daha sonra nazir yeni tikilən binada mənzillərə baxıb. Binada yerləşən mənzillərin 7-si 2, 9-u 3 otaqlıdır.
Bundan sonra Tovuz rayonuna gələn nazir Fizuli Ələkbərov rayonunun Quşçu Ayrım kəndində kənd sakini Qarabağ əlili Faiq Cəfərova yeni inşa edilmiş 2 otaqlı mənzilin açarlarını təqdim edib. Bundan sonra nazir Cəfərovlar ailəsinin yeni mənzilində onların çay süfrəsinə qonaq olub.
Jurnalistlərin suallarını cavablandıran F.Ələkbərov bildirib ki, kənd yerlərində 86 fərdi ev tikilərək Qarabağ müharibəsində əlil olmuş insanlara və şəhid ailələrinə təqdim edilib. Eyni zamanda 16 mənzilli binalardan üçü bayram ərəfəsində şəhid ailələri və Qarabağ əlillərinin istifadəsinə veriləcək: “Ümumiyyətlə, son illər bu proses çox dinamik inkişaf edir, aparılan bu sürətli tikinti və dinamik inkişaf il ərzində ən azı 700-800 vətəndaşımızın mənzilə sahib olmasına imkan verəcək. Gələcəkdə də bu proses davam edəcək”.






17 Mart, 2011  21:15 Baxılıb: 1490 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner