Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təqaüdlər bayrama qədər veriləcək

Yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem olmayıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Novruz bayramı ilə əlaqədar ölkə üzrə pensiyaların maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya bildirib ki, DSMF-nin Aparatı tərəfindən mart ayı üzrə pensiyaların maliyyələşməsi üçün ayrı-ayrı şəhər və rayonlar üzrə lazımi vəsaitin yerli şöbələrin hesablarına köçürülməsi həyata keçirilib. Artıq bayrama qədər bütün pensiyaçılar öz pensiyalarını ala biləcəklər.

E.Babayev deyib ki, adətən, ölkə üzrə əmək pensiyaları hər ayın 20-dən sonuna kimi müvafiq qrafikə əsasən maliyyələşdirilir. Ümumilikdə bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə edilməyib. Həmin ayların sonuna kimi hər ay üzrə maliyyələşmələr tam başa çatdırılıb.

Qeyd edək ki, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 155 nəfərdir.






17 Mart, 2011  21:00 Baxılıb: 1502 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner