Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əsirlər qaytarıldı

Çavuş Anar Hacıyev Azərbaycan, mülki şəxs Artur Badalyan isə Ermənistan tərəfə təhvil verilib

Erməni əsirliyində olan çavuş Anar Hacıyev Azərbaycan tərəfə təhvil verilib. Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı Artur Badalyan isə qarşı tərəfə qaytarılıb.
Əməliyyat bu gün cəbhənin Ağdam rayonu istiqamətində baş tutub. APA-nın Qarabağ bürosunun məlumatına görə, əməliyyatda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri və hərbçilər iştirak ediblər.


Xatırladaq ki, hazırda Ermənistanda bir Azərbaycan hərbçisi əsirlikdədir. Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov ötən il avqustun 27-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.


Azərbaycanda isə hazırda 8 Ermənistan vətəndaşı əsir və girovluqdadır.

2009-cu ilin fevral ayında könüllü olaraq Azərbaycana keçmiş Qrant Markosyan, Rafik Tevosyan və Vartan Sarkisyan öz istəkləri və BMT-nin Azərbaycan nümayəndəliyinin vasitəçiliyi ilə bir müddət əvvəl üçüncü ölkəyə göndəriliblər. Onların hansı ölkəyə göndərildikləri açıqlanmır.

Azərbaycanda saxlanılan daha üç erməni hərbçi də üçüncü ölkəyə göndərilmək arzusunu bildirib.


Digər beş erməni isə könüllü olaraq Azərbaycan tərəfə keçmiş bir ailənin üzvü olan mülki şəxslərdir.






17 Mart, 2011  20:10 Baxılıb: 1316 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner