Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qarabağ əlilinin anası mətbuatdan kömək istədi

“Axı oğlum sağlamlığını müharibədə itirməsəydi, bir işin qulpundan yapışıb, ev alardı, balalarını, bizi dolandırardı”

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində 19 ildir ikinci qrup Qarabağ əlili olan və indiyə qədər mənzil ala bilməyən İbrahim Quliyevin probleminə həsr olunan mətbuat konfransı keçirilib. 

Tədbir Simsar.az saytının təşkilatçılığı ilə gerçəkləşib.

Mətbuat konfransında bildirilib ki, Simsar.az saytı insanların problemlərini gündəmə gətirməklə yanaşı onların həllində də aktiv iştirak edəcək.

Əlilin anası Qızxanım Quliyeva oğluna ev verilməsi ilə əlaqəli müvafiq dövlət qurumlarına müraciət etdiyini lakin müsbət cavab almadığını bildirdi: “Mən oğluma qanunla ev istəyirəm. Elə deyirlər, gözləyin, nə qədər gözləmək olar? Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndərmişəm, prezidentimizə teleqrammalar vurmuşam, məktubla müraciət etmişəm. Sonuncu dəfə də xəbərnaməylə üç məktub göndərmişdim. Prezident Admnstrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Rizvan Əliyevə göndərdiyim məktublara cavab almadım.

Nə günahı var mənim balamın? Pis iş görüb? Vətən müdafiəsində sağlamlığından keçib. Gərək ona elə baxılsın ki, elə qayğı göstərilsin ki, böyüyən uşaqlarda da vətənə məhəbbət olsun. Mənim oğlum 1992-ci ildə Qarabağda gedən döyüşlərdə iki dəfə baş nahiyyəsindən ağır yaralandığı üçün kontuziya alıb. Nəticədə gözünün biri görmə qabiliyyətini itirib, başından yaralandığı üçün hər iki qulağından 19 ildir çirk gəlir. İndiyə qədər çox həkimə aparmışıq, heç kəs əməliyyatı boynuna götürməyib. Oğlumu müalicə etmirlər, heç olmasa ev versinlər. Qiymətli nəyim vardısa, oğlumun müalicəsi üçün hamısını satmışıq. Üstünə hər gün təcili yardım gəlir. Pulu ancaq dava-dərmana çatdırıram. 36 kvadrat metr sahəsi olan evdə üç ailə yaşayırıq: əlil oğlumun 13-14 yaşlarında iki övladı; digər oğlanlarım və nəvələrim. 19 ildə müraciət etmədiyim yer qalmayıb. Heç birindən müsbət cavab almamışam. Elə deyirlər “gözləyin”, nə qədər gözləmək olar? Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndərmişəm, prezidentimizə teleqrammalar vurmuşam, məktubla müraciət etmişəm. Sonuncu dəfə də xəbərnaməylə üç məktub göndərmişdim. Prezident Admnstrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Rizvan Əliyevə göndərdiyim məktublara cavab almadım. Fevralın 16-da yenidən müraciət etdim. Cavab gəldi ki, məktubunuzu almışıq. Vəssalam. Xətayi Rayon İcra Hakimiyyətində də növbəyə yazılmışam. Lakin bu 19 ildə eyni kateqoriyadan olan cəmi üç nəfərə ev verilib. Bundan sonra biz neçə il göləməliyik ki, mənim oğlum ev alsın. Xətai Rayon İcra Hakimiyyəti elə bil ayrıca respublikadır. Əlillərlə heç vaxt maraqlanmır. Dəfələrlə getmişəm, göz yaşı tökmüşəm, amma məni qəbul etməyiblər. Məktub da göndərmişəm, amma nə fayda. Heç maraqlanmır ki, ərzaidəki əlillərə kömək üçün harasa müraciət etsinlər. Oğlum belə olmasaydı heç bir qapıya getməzdim. Niyə qanunlara məhəl qoymurlar? Vətən uğurunda vuruşanlara belə münasibət göstərməzlər. Axı oğlum sağlamlığını müharibədə itirməsəydi, bir işin qulpundan yapışıb, ev alardı, balalarını, bizi dolandırardı. İbrahim Quliyev 70 manat prezident, 150 manat əlillik təqaüdü alır. Bu pul da müalicə üçün xərclənir. Övladlarının hərəsinə 10 manat pul verirlər. Onu da mən necə dava-qırığınla düzəltdirmişəm. 220 manat təqaüdlə, desinlər, necə yaşamaq?.. Səhiyyə Nazirliyi oğlumu müalicə üçün poliklinikaya göndərdi. Poliklinikada nə müalicə... Orada yalnız adi dərmanlar verirlər. İkinci qrup əlili dərmanla müalicə etmək mümkün deyil. Göstərirlər ki, əlillərə, kasıb ailələrə qayğı var, onlara evlər ayırırlar. Amma kimi dindirirsən, deyir, mənzil verilmıyib. Bəs bu evlər hara gedir? Əlillər Cəmiyyətinə gedirəm. Dəhşətli mənzərədir. Vətən uğrunda canını qoyan əsl əlillər hamısı pis vəziyyətdədir. Eləsi də var ki, ev ala bilib, amma yenə də növbədən çıxmır ki, ikinci dəfə yenidən alsın. Belələri çoxdur. Bir vicdanlı komissiya təşkil olunsa, bunları yoxlasa görərlər vəziyyəti... Əlim hər yerdən üzülüb, əlacım kəsilib. Ürək ağrısı tapmışam”.

Mətbuat konfransında Xətai royon deputatı Səməd Seyidova açıq məktub göndəriləcəyi qərara alındı.

İbrahim Quliyev milli orduda hərbi xidmətini başa vurandan sonra ikinci dəfə 1993-cü ildə Zəngilan rayonunda könüllü xidmətdə olub. İki dəfə başından kontuziya alıb.

Arifə Mikayılova






17 Mart, 2011  19:00 Baxılıb: 1469 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner