Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

LƏTİF HÜSEYNOV SƏLAHİYYƏTİNDƏN NƏ VAXT İSTİFADƏ EDƏ BİLMƏZ?

Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsinin prezidenti bu suala cavab verir 

Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin prezidenti Lətif Hüseynov Azadlıq.org saytına müsahibə verib. 

Bu komitənin azadlıqdan məhrum edilmiş şəxslərlə necə rəftar olunduğunu yoxlamaq və qiymətləndirmək üçün üzv ölkələrdəki bütün azadlıqdan məhrum etmə yerlərinə – polis məntəqələrinə, həbsxanalara, əcnəbilər üçün saxlama mərkəzlərinə, psixiatriya xəstəxanalarına sərbəst baş çəkmək hüququ olduğundan L.Hüseynovun müsahibəsində oxucunun diqqətini çəkən məqamlar var.

Nəzərə alsaq ki, yerli həbsxanalarda işgəncə faktları ilə bağlı Komitəyə zaman-zaman müraciətlər olub L.Hüseynovun prosesə müdaxilə etmə imkanı hansı səviyyədədir?

Komitə sədri deyir ki, nəinki komitənin rəhbəri, hətta üzvü kimi də Azərbaycandakı situasiyaya müdaxilə etmək ixtiyarı yoxdur:

“Qərəzsizlik və müstəqillik tələblərinə əməl olunmalı, maraqlar toqquşmasına yol verilməməlidir. Bu, konvensiyanın tələbi və bizim iş təcrübəmizdir. Əgər komitənin iclasında Azərbaycanla bağlı müzakirə gedirsə, mənim həmin müzakirədə iştirak və ya hər hansı formada müdaxilə etmək ixtiyarım yoxdur. Tutaq ki, sabah komitədə Azərbaycanla bağlı məsələ müzakirə olunsa, mən iclası aparmaq səlahiyyətimi mütləq vitse-prezidentlərdən birinə həvalə etməliyəm.
Mən də həm bir vətəndaş, eləcə də insan hüquqlarının müdafiəsi ilə məşğul olan bir komitənin rəhbəri kimi, istərdim ki, Azərbaycandan gedən şikayətlərin sayı az olsun. Və Azərbaycanda insan hüquqlarının vəziyyəti elə olsun ki, o, başqa ölkələrə nümunə göstərilsin”.

Ramil Nəcəfli






17 Mart, 2011  19:12 Baxılıb: 1880 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner