Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İki komputerlə işləyən monitor

Simsar.az-ın məlmatına görə Niderlandın “Philips” şirkəti kompüterin iş məkanının iki kənar ekranlar arasında bölünməsini istisna edən “Two-in-One Monitor” monitorunu nümayiş etdirib. Belə ki, “19DP6QJNS” modelində “IPS” matrisalı iki 19 düymlü maye-kristal displey bir - 32 düymlü panoramlı paneldə birləşdirilib.

Monitorun hər birində kompüterə qoşulmaq üçün ayrıca kabel yer alıb. Bunun sayəsində “Two-in-One Monitor” həm bir fərdi kompüter, həm də iki müxtəlif kompüterlə işləyə bilir. Məsələn, monitorun biri masaüstü kompüter üçün displey rolunda, ikincisi noutbuk üçün əlavə displey rolunda çıxış edə bilir.

Sol monitorda “DisplayPort” və “VGA” çıxışları, sağ monitorda “HDMI” (bu interfeyslə qoşulan smartfon və planşetlər məlumatları ötürməklə yanaşı, enerji toplaya bilir) ilə uyğunluq təşkil edən “VGA” çıxışı və "MHL” interfeysi yer alıb.

Hər iki monitorun optimal təsvir ölçüsü görüntünün 60 QHs tezlikdə yenilənməsi ilə 1280х1024 piksel təşkil edir. Bundan başqa, monitorlar işıq diodlu işıqlandırma, dörd “USB 2.0” çıxışı ilə təchiz edilib və 22,5 dərəcəyədək daxilə doğru əyilə bilir. Displeylərin vertikal vəziyyətini ayrıca idarə etmək olmaz, yalnız bütün konstruksiyanı birlikdə aşağı salmaq və ya qaldırmaq (100 millimetr hündürlüyündə) mümkündür.

Qeyd edək ki, qurğu bu yaxınlarda Taybeydə keçirilən "Computex 2014” sərgisində nümayiş olunub. “Two-in-One Monitor”da əsas çatışmazlıq kimi hər bir displeyin ətrafında 3,5 millimetrlik çərçivə göstərilib. Bu onunla əsaslandırılıb ki, görüntünü ortadan nazik qara rəngli zolaq bölür. “Philips” nümayəndələri satışa 2014-cü ilin payızında çıxarılacaq qurğunun qiyməti barədə bir müddət sonra məlumat verəcəklərini bəyan ediblər.

 

Vüsal Qarayev







12 İyun, 2014  09:31 Baxılıb: 1276 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner