Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ən operativ mətbuat xidmətləri müəyyən edilib

Xarici İşlər Nazirliyi və ARDNŞ-in mətbuat xidmətləri birincidirlər

Söz Azadlığı Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətlərinin müəyyən olunması”nı aydınlaşdıran ənənəvi rəy sorğusununa yekun vurub. 

Sorğunun keçirilməsində məqsəd üzərlərinə düşən vəzifəni yerinə yetirən mətbuat xidmətlərini media təmsilзilərinin rəyi əsasında müəyyən etmək olub.

“Dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti sizi qane edirmi” sualına rəyi soruşulan jurnalistlərin 21,6 %-i “bəli”, 48,2 %-i “qismən”, 28,6 %-i “xeyr”, 1,6 %-i “deyə bilmərəm” cavabını verib.

“İnformasiyanın ötürülməsində operativliyi hansı mətbuat xidmətlərində müşahidə edirsiniz” sualına cavablar ayrı-ayrı mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı konkret dəyərləndirmələr tələb edib. Burada ilk üçlüyə 12,6 %-lə XİN, 6,2 %-lə ARDNŞ, 5,8 %-lə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətləri layiq görülüblər. Sonrakı yerlərsə aşağıdakı şəkildə bölüşdürülüb: DSMF 4,1 %, FHN 3,9 %, TQDK 3,7 %, DİN 2,9 %, Respublika Prokurorluğu 2,6 %, MTN 2,6 %, Milli Məclis 2,3 %, Diaspora üzrə DK 2,3 %, ETSN 2,2 %, Təhsil Nazirliyi 2,0 %, İİN 2,0%, Maliyyə Nazirliyi 2,0 %, Vergilər Nazirliyi 1,9 %, ƏƏSMH 1,8 %, Müdafiə Nazirliyi 1,8 %, MSK 1,6 %, Mədəniyyət və Turizm Nazirliyi 1,2 %, Prezident Adminstrasiyası 1,2 %, Səhiyyə Nazirliyi 1,0 %, SPMDA 1,0 % və Konstitusiya Məhkəməsi 1,0 %. Pespondentlərin 7,0 %-i “heç biri”, 10,2 %-i “bilmirəm, deyə bilmərəm, çətinlik çəkirəm” cavabları veriblər.

“Konkret olaraq 2010-cu ildə hansı dövlət orqanlarının mətbuat xidmətinin fəaliyyətini qənaətbəxş hesab etdiniz” sualının cavabında isə birinci üçlüyü 15,1 %-lə XİN, 9,3 %-lə ARDNŞ, 8,2 %-lə TQDK qazana bilib.

RUSLAN






17 Mart, 2011  16:12 Baxılıb: 1710 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner