Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Naxçıvan kürdlərin, yoxsa türklərin tarixi torpağıdır? – TƏHLİL

Azərbaycan növbəti dəfə ərazi iddiası ilə üz-üzə qalıb. Şimali İraqın Kürdistan Muxtar Bölgəsinin lideri Məsud Barzaniyə yaxınlığı ilə tanınan “Rüdaw” televiziyasında hava proqnozu qondarma böyük Kürdüstanın xəritəsi üzərində göstərilib. Xəritədə Cənubu Azərbaycanın, Suriyanın, Türkiyənin, həmçinin İraqın türkmənlər yaşayan əraziləri və Naxçıvan Muxtar Respublikasının bir hissəsi qondarma böyük Kürdüstan ərazisinə daxil edilib.

Bəs Naxçıvan kimindir?

Tarixi hadisələrdən bol olan Naxçıvanı sivilizasiyanın beşiyi adlandırırlar. Bura “Kiçik vətən” də deyirlər.

Naxçıvan – tarixi Azərbaycan torpağı...

XIII əsrin əvvəllərində farsca “Əcaib-əd – dünya” əsərində yazılıb:

“Naxçıvan Azərbaycanda böyük, əhalisi çox, hündürdə yerləşmiş çox möhkəm şəhərdir. Orada çoxlu köşklər, şəhərkənarı yay sarayları, təntənəli eyvanlar, şəhər yaxınlığında daşdan tikilmiş qala və bu qala içində mədrəsə, məscid və qalada çox gözəl su bulaqları var. Belə deyirlər ki, yer üzündə bundan daha çox əhalisi olan şəhər yoxdur. Bütün binalar kərpicdən və gəcdən tikilib.”

“Naxçıvanlılar Səfəvi təriqətinə bağlıdırlar”.

Tarixçi-coğrafiyaşünas Həmdullah Qəzvini (1280-1349) “Ürəklərin əyləncəsi” adlı coğrafiya əsərində Azərbaycan ölkəsinin Şirvan vilayətinin torpaqlarını təsvir edərkən Naxçıvandan bəhs edir: “Qarışıq pəhləvi dilində danışırlar. Şəhəri Bəhram Çubin salıb. Bu, çox gözəl bir yerdir. Nəqşicahan adlanır. Əhalisinin üzünün rəngi ağdır. Səfəvi təriqətinə bağlıdırlar. Şəhər yaxınlığında bir neçə böyük qala ucalır”.

“Naşava şəhəri Azərbaycandadır”.

IX – X əsrlərdə yaşamış ərəb coğrafiyaşünası İbn əl-Fakih yazır ki, Naxçıvan şəhərinin əsasını Sasani padşahlarından I Xosrov Ənuşirəvan (531 – 579) qoyub. XIII əsr ərəb coğrafiyaşünası Yaqut Həməvi Naxçıvan haqqında yazır: “Naşava şəhəri Azərbaycandadır. Bəzi şəxslərin deməsinə görə bu şəhər Arrandadır. Qara camaat onu Naxçuan adlandırır.”

“Roma-İran, İran-Bizans müharibələri zamanı döyüş meydanına çevrilən bölgə dəfələrlə əldən-ələ keçib”.

Yaxın Şərqin ən qədim şəhərlərindən hesab edilən Naxçıvanda aparılan tarixi-arxeoloji tədqiqatlar ərazinin 3500 ildən çox yaşı olduğunu, şəhərin e.ə. II minilliyin ortalarında, 1539-cu ildə salındığını göstərir. E.ə. IX-VI əsrlərdə qədim Manna və Midiya dövlətləri tərkibində ikən Naxçıvan artıq tanınmış şəhər idi. Yaxın Şərq ilə Qafqazı əlaqələndirən əsas yolların kəsişdiyi nöqtədə yerləşən şəhər əlverişli coğrafi mövqeyə görə hər zaman mərkəz rolunu oynayıb.

“Naksuana - II yüzillikdə şəhər olub”.

Bura haqqında ilk yazılı məlumata Klaudi Ptolemeyin “Coğrafiya” əsərində rast gəlinir. O, Naxçıvanın hələ miladdan öncə II yüzillikdə şəhər olduğunu xəbər verərək yazıb: “Naksuana geniş ərazisi olan Vaspuraqanın mərkəzidir. 37 nahiyədən ibarət olan bu ölkənin bir nahiyəsini də Naksuana təşkil edir.”

Türk səyyahı Övliya Çələbi isə Naxçıvan şəhərinin yaranması tarixini Turanın əfsanəvi hökmdarı Əfrasiyabla əlaqələndirib.

Azərbaycan tarixçi alimi nə deyir?

Milli Məclisin deputatı, professor, tarixçi alim Musa Qasımlı bildirir ki, Naxçıvan tarixən türk yurdu olub, türk yurdu da qalacaq: “Bundan öncə ermənilər də Naxçıvana ərazi iddiası ediblər və cavablarını alıblar. Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır. Buna görə də həm siyasi, həm coğrafi, həm də etnik və mədəni baxımdan Azərbaycan dövlətinə və onun xalqına aiddir. Naxçıvana qarşı yönəlmiş iddiaların heç bir tarixi əsası yoxdur”

Milli Məclisinin əslən Naxçıvandan olan deputatları nə düşünür?

Milli Məclisin III çağrış deputatı Eldar İbrahimov israr edir ki, Naxçıvanın təhlükəsizliyinin qaranti Türkiyədir: “Bu Azərbaycan torpağıdır. Tarixən elə gətirib ki, bu bölgə daim düşmələrimizin diqqətini cəlb edib. Amma Naxçıvan öz taleyini əbədi olaraq Azərbaycanla bağlayıb və həmişə də belə olacaq. Bundan başqa Qars müqaviləsi müqaviləsinə görə, Naxçıvanın təhlüksizliyinin təminatçılarından bir Türkiyədir. Ona görə də Naxçıvana heç kim iddia edə bilməz”.

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olan Milli Məclisin deputatı Siyavuş Novruzov doğulduğu torpağın tarixini belə təsvir edir: “Naxçıvanın hansı tarixinə nəzər salsaq görərik ki, bura qədim Azərbaycan torpağıdır. Ona görə də hansısa televiziya kanalının nəsə deməsinə ehtiyac yoxdur. Düzdür qədimdə ermənilər və ayrı-ayrı qüvvələr tərəfindən belə cəhdlər olub. Bu təxribat da ola bilər, yalnışlıqda ola bilər. Bizi istəməyənlərdə belə sözlər söyləyə bilərlər. Belə hallar qaçılmazdır. Naxçıvan haqqında kifayət qədər qədim tarixi maetriallar var. Faktiki olaraq həmin materiallarda Naxçıvanın Azərbaycanın tarixi torpağı olması haqqında tutarlı məlumatlar var”.

Məlumat üçün deyək ki, “Rüdaw” kanalı məsələyə yenidən münasibət bildirib: “Burda heç bir səhvə yol verilməyib. Xəritədə göstərilən ərazilər böyük Kürdistanın torpaqlarına daxildir. Buralar tarixi, əzəli kürd torpaqları olub. Tarixə nəzər salsanız bunun şahidi olarsınız. Bir daha demək istəyirəm ki, Naxçıvan tarixi kürd torpağıdır”.

 

Hüseyn İbadlı

Siyasət Şöbəsi






11 İyun, 2014  13:51 Baxılıb: 6869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner