Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ən çox istifadə edilən elektron xidmət hansıdır? – SİYAHI

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi  may ayı ərzində ən çox istifadə edilən elektron xidmətlərin siyahısını təqdim edib.

Simsar.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyin-dən verilən məlumata görə İlk beşlikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Telefon nömrəsi üzrə axtarış” (54123), Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Sığortaolunanın onlayn uçota alınması” (12418), “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” (4390), “Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı” (3413) və “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” (2655) xidmətləri yer alır.

Sonrakı mövqelərdə DSMF-nin “Pensiyaçıya məlumatların verilməsi” (1947), “Pensiya kalkulyatoru” (1648), Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” (1249), RYTN-in “Mobil cihazların qeydiyyatdan keçirilməsi” (977) və “Mobil cihazların “IMEI” kodunun yoxlanılması” (665) e-xidmətləri qərar tutur.

Siyahıda Daxili İşlər Nazirliyinin (DİN) “FİN-ə görə fərdi məlumatların axtarışı” (645), RYTN-in “Vətəndaşın fərdi məlumatları barədə arayış” (621), Ədliyyə Nazirliyinin “Azərbaycan adları barədə məlumatın verilməsi” (537), DİN-in “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” (506), ƏMDK-nın “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” (408) xidmətlərinin adları da var.

RYTN-in “Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat” (386), “Azərsu” ASC-nin “Su borcunun internet vasitəsilə öyrənilməsi” (378),  “ASAN xidmət”in “İnformasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) rəy verilməsi üçün müraciətin və sənədlərin qəbulu” (363), RYTN-in “Yeni telefon çəkilişi” (362), ƏMDK-nın “Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi” (359) elektron xidmətləri də ən çox istifadə olunanlar sırasındadır.

Vüsal Qarayev







11 İyun, 2014  10:37 Baxılıb: 1024 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner