Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Real Madrid” 7 ildən sonra ¼ finalda!

Futbol üzrə Çempionlar Liqasında ¼ finala son iki vəsiqənin sahibi müəyyənləşib

Simsar.az-ın məlumatına görə, bu gecə keçirilmiş 1/8 final mərhələsinin son cavab oyunlarından sonra İngiltərənin “Çelsi” və İspaniyanın “Real Madrid” klubları növbəti mərhələyə yüksəliblər. 

“Çelsi” Danimarkada 2:0 hesabı ilə yendiyi “Kopenhagen”lə İngiltərədə heç-heçə edib – 0:0. “Real Madrid” isə Fransada 1:1 hesablı heç-heçə etdiyi Lion”u İspaniyada darmadağın edib. Bununla da “Çelsi” və “Real Madrid” ötən mövsüm ¼ finala qazana bilmədikləri vəsiqəyə indi sahib çıxıblar. 2009-2010-cu il mövsümündə “zadəganlar”ın qarşısını İtaliya “İnter”i kəsmişdi. “Kral klubu” isə məhz “Lion”a uduzaraq, mübarizəni dayandırmışdı. Ümumiyyətlə, “Real Madrid” 2003-2004-cü il mövsümündən bəri ¼ finala çıxa bilmirdi.

“Çelsi” (İngiltərə) – “Kopenhagen” (Danimarka) - 0:0

“Real Madrid” (İspaniya) – “Lion” (Fransa) - 3:0
Marselo, 37. Kərim Benzema, 66, Anxel Di Mariya, 76

Beləliklə, İngiltərənin “Tottenhem”, “Mançester Yunayted” və “Çelsi”, İspaniyanın “Real Madrid” və “Barselona”, eləcə də Ukraynanın “Şaxtyor”, Almaniyanın “Şalke 04”, İtaliyanın “İnter” klubları ¼ finala yüksəliblər. 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi martın 18-də keçiriləcək.






17 Mart, 2011  13:29 Baxılıb: 1470 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner