Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Tatlısəsin xəstəxanasında olan azərbaycanlı müğənni kimdir?

İbrahim Tatlısəsə sui-qəsd onun Azərbaycandakı dostlarını və pərəstişkarlarını da sarsıdıb

APA İbo ilə dostluq edən və özünü ona yaxın hesab edən bir neçə azərbaycanlı sənətçidən müğənnini ziyarət edib-etmədiklərini, belə bir düşüncələri olub-olmadığını xəbər alıb.

İ. Tatlısəsin bir neçə il əvvəl özü ilə Türkiyəyə apardığı və yaradıcılığına dəstək olduğu Azəri qızı Günel hadisənin baş verdiyi gündən etibarən xəstəxanadadır. Günelin özü ilə əalqə saxlamaq mümkün olmasa da, qardaşı Tunar Rəhmanoğlu deyib ki, qanlı olay baş verən gündən Günel atası ilə birgə İbrahim Tatlısəsin müalicə olunduğu xəstəxanaya baş çəkir, hər an onun vəziyyətindən xəbər tutur: “Atam və Günel neçə gündür demək olar ki, xəstəxanadan çıxmırlar. İbrahim Tatlısəs bizim ailə üçün çox önəmli simadır. Onu belə bir gündə ziyarət etməmək haqsızlıq olar. Mən də hazırda pasportumu düzəltdirirəm və çox güman ki, üç gündən sonra Türkiyəyə gedib İbrahim bəyi ziyarət edəcəyəm”.

Hazırda Türkiyədə olan Azərbaycan xalq artisti Brilliant Dadaşova da İbrahim Tatlısəsi ziyarət etmək arzusundadır, lakin bununla bağlı Türkiyədə bir neçə həmvətənimizə müraciət etsə də, müsbət nəticə ala bilməyib. B. Dadaşova bildirib ki, Türkiyəyə səfəri bəzi televiziya kanallarının proqramlarına dəvət olunması ilə bağlıdır: “Ayın 13-də Türkiyəyə gəldim. Elə həmin gün bu hadisə baş evrdi. Səfərimin məramı Novruz bayramı ilə əlaqədar Türkiyə telekanallarında çıxış etmək idi. Lakin bu hadisədən sonra bütün çıxışlarımdan imtina etdim, çünki çıxış edə bilməzdim. Mən çox duyğulu bir insanam. Sözsüz ki, onun yanına gedib ailəsinə “keçmiş olsun” demək istədim. Hətta müxtəlif yollar axtardım ki, orada tək olmayım. Ancaq hələ müsbət cavab almamışam. Sabah artıq Bakıya qayıdıram”.

B. Dadaşova İ. Tatlısəsi Şərqin nadir sənətkarlarından biri adlandırıb: “İbrahim Tatlısəsi sevməyən insan yoxdur. Kiçikdən böyüyə hamımız onu sevirik, onun mahnıları ilə böyümüşük. Bu yaxınlarda türkiyəli bir professor bildirdi ki, bu cür nadir sənətkarlar dövlət tərəfindən mühafizə olunmalıdır. Bu, Azərbaycana da aiddir”.

İ. Tatlısəslə dostluq edən və onu oğlunun toy mərasiminə dəvət etmiş Nüşabə Ələsgərli hələlik sənətçini ziyarətə getmədiyini vurğulayıb. N. Ələsgərli hər gün sənətçinin meneceri ilə əlaqə saxladığını, onun səhhəti ilə yaxından maraqlandığını diqqətə çatdırıb: “Onsuz da hələ heç kimi yanına buraxmırlar. Sağalan kimi mütləq onu ziyarətə gedəcəyəm. Hər gün xəbərləri izləyirəm, meneceri ilə danışmışam”.

Hazırda Türkiyədə olan Azərin də İboya baş çəkməyib. Azərin Ankarada olduğunu və işinin çoxluğu ucbatından ziyarətə getmədiyini söyləyib. O, gündəlik olaraq İ. Tatlısəslə bağlı bütün xəbərlərlə maraqlanır və bu gün xəstənin vəziyyətinin yaxşılaşmasına sevinib.

Türkiyədə yaşayan İradə İbrahimova hazırda Londonda olduğu üçün İ. Tatlısəsə baş çəkmədiyini deyib.

Təşkilatçı Nahid Emiloğlu isə iki dəfə sənətçinin yatdığı xəstəxanaya gedib və onun ailəsi ilə görüşüb.






17 Mart, 2011  02:55 Baxılıb: 1644 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner