Orxan Hacılıdan izahat alınıb
Bu gün Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Müsavat Partiyasının başqan müavini, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının oğlu Orxan Hacılı artıq sərbəst buraxılıb. Bu barədə APA-ya saxlanılan şəxsin atası məlumat verib. A.Hacılının sözlərinə görə, polisin Orxanı şübhələndiyi üçün saxlayıb, izahat alınıb, məsələ aydınlaşdırıldıqdan sonra o, sərbəst buraxılıb.