Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İspaniya da erməni iddiasını rədd etdi

Cəmi 2 səsə qarşı 31 səs

İspaniya parlamentinin Xarici əlaqələr komissiyası 1915-ci ildə Osmanlı ərazilərində baş vermiş hadisələrlə bağlı ermənilərin ortaya atdığı saxta soyqırımı iddiasını rədd edib. Bu saxta iddia ilə bağlı qanun layihəsinin qəbulundan 2 səsə qarşı 31 səslə imtina olunub.
Kataloniya bölgəsində separatçı siyasət yürüdən Respublikaçı Sol Partiya tərəfindən irəli sürülən layihəni sadəcə Bask Milliyyətçi Hərəkatı dəstəkləyib. İqtidarda olan Sosialist Fəhlə Partiyası (SFP), ana müxalifətdəki Xalq Partiyası (XP), Orientasiya və Birlik Koalisiyası və Navarra Xalqının Birliyi layihənin əleyhinə səs veriblər.
“Zaman” qəzetinin yazdığına görə, komissiyada müzakirələr aparılarkən SFP-nin nümayəndəsi İzabel Pozuelo deyib ki, Ermənistanın bu gün yaşadığı problemlərin bir əsr əvvəl baş vermiş olayların İspaniya tərəfindən tanınması ilə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağla bağlı Azərbaycanla yaşadığı problemi həll etməli və Avropa Birliyinə yaxınlaşmaq üçün siyasi islahatlar həyata keçirməlidir.  1DÜNYA 04
XP-nın nümayəndəsi Fransisko Rikoma bu iddiaların tanınmasının təmsil etdiyi partiyanın ideoloji prioritetləri arasında olmadığını bildirib.
Xatırladaq ki, ilk dəfədir İspaniya parlamentində 1915-ci il olayları müzakirə olunur. Ancaq Bask, Kataloniya və Balear Adaları kimi muxtar bölgələrdə ermənilərin saxta iddiaları qəbul edilmişdi. Valensiada isə bu iddia rədd olunmuşdu.

Vasif






16 Mart, 2011  19:00 Baxılıb: 1489 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner