İrandan Suriyaya gedən və hərbi yük daşıdığı bildirilən nəqliyyat təyyarəsi Türkiyə ərazisində məcburi eniş edib
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İrana məxsus “An” tipli nəqliyyat təyyarəsi Türkiyə hava məkanına daxil olduqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd F-16 qırıcı-bombardmançı təyyarəsi havaya qalxaraq İran təyyarəsinə Diyarbəkir hava limanına enmək barədə xəbərdarlıq ünvanlayıb. İranlı pilotlar xəbərdarlığa əməl edərək Diyarbəkir hava limananına eniblər. Atom bombası daşıdığından şübhə edilən təyyarədə axtarış başlayıb.