Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bəxtiyar Hacıyevin cinayət işinin istintaqı yekunlaşıb

Onun vəkili ittiham aktı ilə tanış ola bilməyib

Sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevlə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Elçin Namazov məlumat verib. Onun sözlərinə görə, B. Hacıyevin Cinayət Məcəlləsinin 321.1-ci (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı martın 15-də yekunlaşıb. İş üzrə materiallar baxılması üçün 48 saat müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndəriləcək. Vəkil sabiq deputatlığa namizədə qarşı irəli sürülən ittiham aktı ilə hələlik tanış ola bilmədiyini qeyd edib. 

Qeyd edək ki, martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə B. Hacıyev barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilib. O, Gəncəni icazəsiz tərk etməkdə təqsirləndirilir. B. Hacıyev barəsində Cinayət Məcəlləsinin 321.1 (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.






16 Mart, 2011  19:17 Baxılıb: 1345 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner