Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vaşinqtonda Azərbaycan günləri

Elman Rüstəmov: "Dünya Bankının Vaşinqton ofisində Azərbaycan günlərinin keçirilməsindən böyük şərəf və qürur hissi duyuram"

Azərbaycan Mərkəzi Bankı və Dünya Bankının (DB) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə martın 15-də Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günlərinin açılış mərasimi keçirilib.

Mərkəzi Bankdan Simsar.az-a bildiriblər ki, mərasimində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar direktoru Teodor Ahlers çıxış edərək bildirib ki, Azərbaycan son illərdə çox sürətli inkişaf yolu keçərək orta gəlirli dövlətlər qrupuna daxil olub. İndi isə Azərbaycan qarşısında yeni perspektiv və çağırışlar durur: “Biz bu çağırışların düzgün həllində Azərbaycanın yanında olmağa hazırıq və son 18 ildə olduğu kimi bundan sonra da əməkdaşlığımızı artan xətt üzrə inkişaf etdirmək istəyirik. Azərbaycan təbii ehtiyatlarından əldə edilən gəlirlərin düzgün idarə edilməsi üzrə digər ölkələr üçün nümunə olacaq bir təcrübəyə malikdir və bu təcrübənin bölüşdürülməsi önəmlidir”.

Dünya Bankı ilə Azərbaycan arasındakı münasibətlərin inkişafında Azərbaycan günlərinin böyük rol oynayacağını qeyd edən Teodor Ahlers bildirib ki, DB əməkdaşlarının Azərbaycanın zəngin mədəniyyət irsi ilə tanışlığı ilə yanaşı keçirilən çoxsaylı ikitərəfli görüşlər əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına kömək edir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə Dünya Bankının Vaşinqton ofisində Azərbaycan günlərinin keçirilməsindən böyük şərəf və qürur hissi duyduğunu bildirərək qeyd edib ki, bu tədbir DB ilə Azərbaycan arasında mövcud olan məhsuldar əməkdaşlıq tarixində əlamətdar hadisədir.

Elman Rüstəmov Azərbaycanın iqtisadi inkişaf perspektivləri və DB ilə əməkdaşlıq strategiyasında danışıb. O qeyd edib ki, Dünya Bankının fəaliyyəti postkommunist düşərgəsi üçün strateji önəm daşıyır. Mərkəzi Bankın sədrinin sözlərinə görə, məhz iqtisadi transformasiyanın ilk illərində Dünya Bankının fəal dəstəyi keçid iqtisadiyyatına malik ölkələrdə bazar iqtisadiyyatının formalaşdırılması və inkişafı, habelə bazar mentalitetinin dərinləşməsinə kömək edib. 1992-ci ildən bəri DB ilə əməkdaşlıq nəticəsində Azərbaycan bütün istiqamətlərdə strateji dəstək alıb.

Elman Rüstəmov istehsalat infrastrukturunun modernləşdirilməsi, kiçik və orta biznes, yoxsulluğun azaldılması proqramı çərçivəsində Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın uğurla davam etdiyini qeyd edib. Qlobal iqtisadi böhranın dünya qarşısında yeni çağırışlar qoyduğunu deyən Mərkəzi Bankın sədri bildirib ki, məhz bu səbəbdən dayanıqlı inkişafın və qloballaşma məsələlərinin ideologiya və yanaşmaları artıq dəyişir. Dünya iqtisadi sisteminin stabil gələcəyi üçün fəal polemika və intellektual axtarışlar aparılır.

Açılış nitqindən sonra Elman Rüstəmov tədbir iştirakçılarını Azərbaycan mədəniyyətinin ən yaxşı nümunələri ilə tanış olmağa dəvət edib.






16 Mart, 2011  19:03 Baxılıb: 853 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


21 Yanvar, 2020  14:54

21 Yanvar, 2020  13:21


21 Yanvar, 2020  11:31

21 Yanvar, 2020  11:17

21 Yanvar, 2020  10:39

20 Yanvar, 2020  09:57




18 Yanvar, 2020  12:08





17 Yanvar, 2020  16:15

17 Yanvar, 2020  15:22




17 Yanvar, 2020  13:51


17 Yanvar, 2020  11:02

17 Yanvar, 2020  10:35









16 Yanvar, 2020  09:21

15 Yanvar, 2020  17:38








15 Yanvar, 2020  14:14


15 Yanvar, 2020  10:51



14 Yanvar, 2020  14:14

14 Yanvar, 2020  14:03

sagbanner