Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Çin soyqırıma hazırlaşır – TƏFƏRRÜAT

“Şərqi Türkistan Müsəlmanlarına dövlət terroru tədbiq edən komunist Çin rəhbərliyi indi də müsəlman uyğurlarını doğma vətənlərindən çıxarır”.

Bölgədə son yaşanan hadisələri qiymətləndirən Dünya Uyğur Konqresi sədrinin müavini Seyit Tümtürk İslam dünyasının özlərinə olan maraqsızlığından şikayətlənir.

“Müsəlmana təzyiq dəyişmir!”

Seyit Tümtürk bildirib ki, "Çində dövlət başçıları, liderlər və  rejim dəyişir. Ancaq müsəlmanlara qarşı təzyiqlər daha da kəskinləşir. Dəyişməyən tək şey Müsəlmanlara yanaşmadır. Müsəlmanlara istiqamətli despotizm özünü inkişaf etdirir.

“Bölgə yeni Fələstin yarana bilər”

Çin rəhbərliyinin ağla sığmaz assimilyasiya siyasətini sürətləndirdiyini deyən Tümrük şok faktlar ortaya qoyub: “Bölgədə mətbuata əks olunmayan çox sayda qırğın hadisələri reallaşır. Bölgədə yeni Bosniya, Çeçenistan və Fələstin yara bilər. Yaşana biləcək geniş miqyaslı hadisələr təəssüf ki, Qərbin işinə yarıyacaq. Biz Şərqi türkistanlılar sülhsevər insanlarıq, radikalizmdən uzağıq. Amma Çin, Şərqi türkistanlıları öz əliylə radikallaşdırır. Təəssüf ki, bizi bütünlüklə məhv etmək olanı hazırlayır. Bölgədə 1950-ci illərdə yerli xalqın əhaliyə nisbəti yüzdə 90 faiz idi. Aradan keçən zaman ərzində paytaxt Urumçidə keçirilən çinli köçü nəticəsində buradakı çinli əhalisi yüzdə 90 faizi ötüb. Digər şəhərlərimizdə də çinli əhalisinin sayı 50-ci illərdəki səviyyə çatıb”.

“Çin uyğurların soyqırımına hazırlaşır”

“Sədr müavini söyləyib ki, Çinin bu əhali siyasəti nəticəsində gələcəkdə keçiriləcək referendumla bölgə Çin torpağı olaraq qeydiyyata alınacaq: “Müsəlman uyğurlarının ailə sirləri qalmayıb. İnsanların evində ailəsinin gözləri qarşısında güllələyirlər. Çin rəhbərliyi bölgəni tamamilə dünyadan təcrid edib. Mətbuatda yer alan xəbərlərə görə, Sincan bölgəsində 10 milyon uyğur yaşayır. Bu yalan bölgədə yeni soyqırım etnik təmizləmə aparmaq üçün Çin rəhbərliyi tərəfindən dezinformasiya məqsədiylə ortaya atılıb. Reallıqda isə ümumi olaraq bölgədə 25 milyon müsəlman türkü yaşayır”.

Çinin son oyunu - Nəslin məhvi

Seyit Tümtürk ana vətənindən aldığı son məlumatı belə təsvir edib: “Çin rəhbərliyi, çinli ilə evlənən uyğurlara və ya bir uyğur ilə evlənən çinliyə mənzil verəcək və evlilik xərclərini ödəyəcək. Uyğur əhalisinin məhvi üzrə inkişaf etdirilən bu layihə çərçivəsində cütlərin alacağı evlərin yarı qiymətini Çin rəhbərliyi boynuna götürəcək.

“İslam Dünyası bizi yalnız buraxdı”

Son alaraq Dünya Uyğur Komitəsinin imperialist ölkələr tərəfindən istifadə edildiyi barəsində yayılan iddialara aydınlıq gətirən Seyit Tümtürk bunları söylədi: "İslam dünyası İslami məsuliyyətini nə qədər yerinə yetirir?  Bu nə qədər səmimidir? Bunun cavabı olduqca əhəmiyyətlidir. Beş il öncə - 2009-cu ilin 5 iyun tarixində Şərqi Türküstanın paytaxtı Urumçidə qırğınlar reallaşdırdı. Bu qırğın canlı olaraq yayımlandı. Bir İslam ölkəsinin nüməyəndədi önə çıxıb bir söz dedimi? Mənə bir nümunə göstərə bilərsinizmi? Dünya Uyğur Komitəsinin sədri Rabia xanım təəssüf ki, Amerikada. Türkiyə daxil heç bir İslam ölkəsi Rabia xanıma sığınacaq vermədi. Həbsxanada çürüyəcəkdi. İslam dünyası və ya Türk dünyası Doğu Türkistan iddiasına laqeyid yanaşdı Buna görə Rabia xanım Amerikanı sedi. Budur meydan! Hansı İslam ölkəsi bizi qəbul edirsə, biz Rabia xanımı Amerikadan o ölkəyə gətirməyə hazırıq”.

 

Hüseyn İbadlı

Siyasət Şöbəsi







5 İyun, 2014  15:09 Baxılıb: 1396 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner