Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İranda 1450 nəfər tutuldu

İranlı müxalifətçilərin ilaxır çərşənbədə yürüşlər keçirmək cəhdlərinin qarşısı alındı

Simsar.az "Kaleme"yə istinadən bildirir ki, İrandakı müxalifət təşkilatları və qüvvələrinin tam əksəriyyətini birləşdirən "Yaşıl Hərəkat" ilaxır çərşənbədə ölkə vətəndaşları hakimiyyət əleyhinə etiraz nümayişləri üçün çərşənbə axşamı od yandırma və tonqal atəşi üstündən atlanma mərasimi bəhanəsilə küçələrə çıxmağa çağırıblar. 

"İranPress" bildirir ki, müxalifət liderləri ilaxır çərşənbə ilə bağlı ənənəvi xalq mərasimlərini elə xalqın hakimiyyət əleyhinə mitinq və nümayişləriən döndərmək fikrində olublar.

İranın Şərqi Azərbaycan əyalətinin polis rəisi Məsud Xurrəmniya çərşənbə mərasiminə çıxanların arasındakı "destruktiv və ekstremist elementlər"in həbs olunduğunu bildirib.
"Axır çərşənbə xiyabanlarda toplaşmaq və təhlükəli hərəkətlər qadağan olunmuşdu. Bəzi adamlar və qruplar öz pis niyyətli məqsədləri üçün çərşənbə mərasimindən faydalanmaq istəyiblər və xalqı təşvişə salmağa çalışıblar. Belələri azsaylı qruplar olub, polis də onların pozucu fəaliyətlərinin qarşısını mövcud qanunvericilik çərçivəsində sərtliklə alıb. Bu adamlar hüquq-mühafizə qüvvələrinin müəyyənləşdirdikləri "qırmızı xətt"i keçiblər", - M.Xürrəmniya bildirib.

Dünən Təbrizin bütün əsas küçə və meydanlarında hazır vəziyyətdə duran polislər şəhər əhlinin toplaşmaq cəhdlərinin qarşısını alıb.

Bununla yanaşı, polis İranın müxtəlif şəhərlərində satışda olan 4,4 milyon fişəngi müsadirə edib.

Dünən Tehranın Cami küçəsinə çıxan yüzlərlə insan azadlıq və demokratiya, hakimiyyətin istefasını istədiklərini bildiriblər.

Tehran polisindən "Fars" agentliyinə verilən açıqlamada bildirilib ki, şəhərdə "qaydaları pozmaq və iğtişaşlar salmaq cəhdlərinə görə" 467 nəfər həbs olunub.
Tehran şəhər polis rəisinin xüsusi əməliyyatlar üzrə müavini, polkovnik Əli Kəriminin sözlərinə görə, həmin şəxslərdən "müxtəlif tipli 461 partladıcı vasitə və 23 əl qumbarası, 2 tona yaxın fişəng" tutularaq müsadirə olunub.

İranın müxalifət təşkilatları və partiyalarının açıqlamalarında isə bildirilir ki, dünən ölkənin müxtəlif şəhərlərində həbs olunanların sayı 1450 nəfərə çatıb.






16 Mart, 2011  17:56 Baxılıb: 1333 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner