Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“TƏKLİFİMİ SƏRSƏM ADLANDIRANIN ÖZÜ SƏRSƏMDİ” - EKSKLÜZİV

Hadı Rəcəbli «Axtalanma abortdan daha yaxşıdır»

«Regnium» agentliyinə müsahibə verən Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanda «Bioetika haqqında qanun layihəsi»nin qəbulunun vacibliyindən danışıb. 

Deputat bildirib ki, ailələrdə çoxuşaqlılığın qarşısını almaq üçün müxtəlif tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Onlardan biri də, valideynlərin nəsilartırma imkanlarını məhdudlaşdırmaqdır. H.Rəcəblinin bu təklifini müzakirəyə çıxaran «Yeni Müsavat» qəzeti nəzərdə tutulan layihədə ailə başçısının axtalanmasının nəzərdə tutulduğunu yazıb və bunu sərsəm təklif kimi qiymətləndirib.

Simsar.az H.Rəcəblidən bu mövzuda eksklüziv müsahibə alıb.

- Agentliyə verdiyiniz açıqlamanın birmənalı qarşılanmamasına səbəb nədi?

- Mən elmlər namizədiyəm və nə danışdığımı da yaxşı bilirəm. Mənim təklifimi sərsəm adlandıranın özü sərsəmdir. Başları çıxmadığı məsələdən yazırlar. Qəzet təklifimə tamam yanlış rakursdan yanaşıb.

- «Bioetika haqqında qanun layihəsi»ndə ailə başçılarından birinin axtalanması məsələsi nəzərdə tutulubmu?

- Bunu telefonda izah etmək çətindir. Gərək məsələ geniş müzakirəyə çıxarılsın. Xarici ölkələrin təcrübəsi öyrənilsin.

- Hansı xarici ölkələrdə bu təcrübədən istifadə olunur?

- İranda abort qadağan edilib. Çində, Hindistanda da əhali sürətlə artır. Bəs bunun qarşısını necə alırlar? Ailə başçılarının xahişilə məsələ öz həllini tapır, aborta da ehtiyac qalmır.

- Qanun aborta icazə verirsə, axtalanmaya nə ehtiyac var?

- Axtalanma abortdan daha sərfəlidir. Həm də bu daimi deyil. Abort qadınların sağlamlığına ciddi ziyan vurur. Bu üsul çox ziyanlıdır. Dünyada məşhur adamlar var ki, nəsilartırma imkanlarını məhdudlaşdırırlar.

- Demoqrafik artım tempi yüksək olmayan Azərbaycanda belə bir qanunun qəbuluna ehtiyac varmı?

- Yenə də deyirəm ki, mən əhalinin sayının artımının qarşısının alınmasını istəmirəm. Ailələr var ki, çox uşaq istəmirlər, üç-dördü ilə kifayətlənirlər. Bəzən abort ananın həyatı bahasına başa gəlir. Azərbaycanda repraduktiv sağlamlıq məsələsini qaldıran Hadı Rəcəbli bütün qadınların ana olmasını arzulayır və bunun üçün hüquqi imkanların yaradılmasına çalışır. Azərbaycanda demokrafiq artım tempi 0,1 faizdir. İldə 90 min artım var ki, bu da azdır.
«Bioetika haqqında qanun layihəsi» bizdə yeni ideyadır. Detallar müzakirə olunanda siz də görəcəksiniz ki, məsələnin mahiyyəti nədən ibarətdir.

- Bəlkə təklifinizin ajiotaj yaratmasına səbəb olan amillərdən biri sizin məsələ ilə bağlı ermənipərəst mövqeyilə seçilən «Regnium» agentliyinə açıqlama verməyiniz olub?



- Milli Məclisdə komitənin iclasında xanım müxbir mənə «Bioetika haqqında qanun layihəsi» barədə sual verdi, mən də fikirlərimi bildirdim. Dedim ki, gələcəkdə Azərbaycanda belə bir qanun qəbul oluna bilər. Mənə nə dəxli var, müxbir hansı mətbuatda çalışır. Bütün jurnalistlərə eyni münasibətim var. Əsas odur ki, fikirimi təhrif etməsinlər, təhqirə yol verməsinlər. İqtidar deputatı olduğum üçün «Yeni Müsavat» məni maşetə çıxarır.

Ruslan Xəlil






16 Mart, 2011  16:39 Baxılıb: 1787 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner