Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycan nəşriyyatında bomba?

Binanın 3-cü mərtəbəsindən partlayışla bağlı kağız tapılıb

Martın 15-də Bakıda növbəti bomba həyəcanı yaşanıb. Hüquq-mühafizə orqanlarından Simsar.az.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisində yerləşən “Azərbaycan” nəşriyyatının binasında partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.
Nəşriyyatın 3-cü mərtəbəsində yerləşən çap sexindəki makinanın arxasından qaiməyə yazılı halda bildiriş tapılıb. Burada qeyd olunur: “3 gün ərzində nəşriyyat yerlə-yeksan olacaq. Saatlı bomba işə düşüb və saat 00:00-da partlayacaq”.


Dərhal məsələ ilə bağlı “Azərbaycan” nəşriyyatının mühafizəçiləri məlumatlandırılıb. Onlar da öz növbələrində ərazi üzrə 28-ci Polis Bölməsinə məlumat veriblər. Daha sonra isə hüquq-mühafizə orqanlarının nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Xilasedicilər üçüncü və digər mərtəbələri yoxlasalar da, hər hansı saatlı bomba və ya digər partlayıcı aşkarlamayıblar.


Məsələ ilə bağlı “Azərbaycan” nəşriyyatı ilə də əlaqə saxladıq. Nəşriyyatın direktorunun köməkçisi Səbuhi Quliyev Lent.az-a açıqlamasında faktı təsdiqlədi. O bildirdi ki, martın 15-də tapılan qaimə ilə bağlı aidiyyəti orqanlar məlumatlandırılıb və nəşriyyatda aparılan axtarışlar nəticəsində heç bir partlayıcı tapılmayıb. S.Quliyev həmçinin bildirdi ki, artıq bütün şübhələrə son qoyulub və iş öz axarında davam edir.






16 Mart, 2011  17:02 Baxılıb: 1451 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner