Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

70 kamikadze dünyanı xilas etmək mücadiləsində

Yaponyadakı güclü nüvə sızıntılarını ölümə hazır olanlar önləməyə çalışır

Şirkət təslim oldu 

Yaponiyada zəlzələ və sunamilərin ardından nüvə böhranın mərkəzi halına gələn Fukuşima Daiçi santralında 4 gündə 3-cü reaktor də havaya uçdu, bir başqa reaktordəki nüvə yanacağı alov aldı. Atmosferə sıx miqdarda radiasiya yayıldığı üçün sızıntının qarşısını almağa çalışan “Tepco” şirkəti bu günə qədər mübarizə aparan 800 işçisini ərazidən uzaqlaşdırılıb.
Mətbuat bu gedişi “şirkət təslim oldu” єəklində dəyərləndirib.

Yetmiş cəsur

70 cəsur mühəndis və texnik isə üçü ərimə nöqtəsinə gələn, biri yanan, ikisi istilənən 6 qəzalı nüvə reaktorundakı sızmaların qarşısını almaq mücadiləsi aparır. Yaponiya Baş naziri Naoto Qan həmin 70 cəsur insanı, nəyin bahasına olursa-olsun, mübarizəni davam etdirməyə çağırıb.

Öləcklərini bilirlər

Ölüm, ya da qısa müddətdə ölümcül xərçəngə tutulma riski altında işləyən texnik və mühəndislər polad qorucu geyimlər içində həddindən artıq istilənən uran çubuqlarını dəniz suyu ilə soyutma prosesini davam etdirir.

Baş nazir “evdən çıxmayın” dedi 

Bu arada Yaponiyanın baş naziri göstəriş verib ki, Fukuşima Daiçidən 20 kilometr məsafədəki bütün sahələr boşaldılsın, əhali 30 kilometr uzaqlaşdırılsın.
Naoto Qan 160 min adama "çölə çıxmayın, pəncərələrinizi möhkəm-möhkəm bağlayın, kondinsionerləri işlətməyin" çağırışı edib.






16 Mart, 2011  13:21 Baxılıb: 1380 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner