Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

“Çudo-Peçka” da 100 faiz bahalaşma

Mağazalar şəbəkəsinin rəhbərliyi faktı inkar edir, alıcılar isə şəkərburanın iki də bahalaşdığını deyirlər

Simsar.az saytı Novruz bayramı ərəfəsində şirniyyat növlərinin qiymətlərində bahalaşmanın olduğu barədə məlumat verib. Dünən redaksiyamıza zəng edən oxuculardan biri qeyd edib ki, “Çudo-Peçka”da şəkərburanın ədədinin qiyməti 1 manatdır. 

Digər şirniyyat növlərinin də qiymətlərini öyrənmək üçün bu gün Simsar.az-ın əməkdaşı bir neçə “Çudo-Peçka” məntəqəsində olub. Burada qiymətlərin bahalığını kənardan da hiss etmək mümkündür. “Çudo-Peçka”larda əvvəlki illər kimi qələbəlik müşahidə olunmur.

Neftçilər metrosunun yaxınlığındakı “Çudo-Peçka”da satıcı işləyən xanım ötən illərlə müqayisədə alıcılıq qabiliyyətinin aşağı düşdüyünü deyir.

“Çudo-Peçka”da digər un məmulatların da qiymətlərini öyrəndik. Metronun yanında 20 qəpiyə satılan «peraşki» burada 30-40 qəpikdir. «Sendiviç» 90 qəpik, hottoq 40 qəpik, qozlu bükmə 40 qəpik, tortlar 30 manatdan yuxarıdır.

Alıcılar da qiymətlərin bahalığından narazıdırlar. Söhbətləşdiyimiz alıcılardan biri bildirdi ki, qonaq gedir və təcili şirniyyat almaq lazım olduğu üçün “Çudo-Peçka”a gəlib: «Qiymətlər bahadır. Çox bahadır. Üç dənə şəkərbura 2 manata qədərdir. Paxlava da bahadır. Marketdəki qiymətlər daha sərfəlidir».

“Çudo-Peçka”nın Könül adlı xanım administratoru isə deyir ki, qiymətləri baş ofis müəyyənləşdirir: «“Çudo-Peçka”nın bütün məntəqələrində qiymətlər eynidir. Qiymətlərin baha və ya ucuz olması barədə heç nə deyə bilmərik».

Səbael rayonundakı “Çudo-Peçka”nın Vüsalə adlı administratoru da burada qiymətlərin bahalaşmadığını dedi. Onun sözlərinə görə, şəkərburanın qiyməti 60 qəpik, paxlavanın kilosu isə 12 manat 50 qəpikdir.

Bayram şirniyyətlarını “Çudo-Peçka”dan alan alıcılar isə redaksiyamıza zəng edərək bildirirlər ki, ötən il şəkərburanın bir ədədini 30 qəpiyə alıblar.
Bu faktı Nəsimi rayonundakı “Çudo-Peçka”nın Fərid adlı administratorunun diqqətinə çatdıranda o, məlumatın doğru olmadığını dedi: «Dörd ildir bizdə şəkərburanın qiyməti 60 qəpikdir».

Əməkdaşlarımız “Çudo-Peçka”-larda şəkil çəkmək istəsələr də, buna imkan verilməyib. Bildiriblər ki, çəkiliş aparmaq üçün rəhbərliyin icazəsini almaq lazımdır.


RAMİL






15 Mart, 2011  21:51 Baxılıb: 3902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
13 Avqust, 2020  17:56





13 Avqust, 2020  09:59
















7 Avqust, 2020  14:58





5 Avqust, 2020  14:05


5 Avqust, 2020  09:37


4 Avqust, 2020  16:47




4 Avqust, 2020  10:26

4 Avqust, 2020  09:44


30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42

sagbanner