Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

MÜĞƏNNİLƏR SARSILIB

İBRAHİM TATLISƏSİN GÜLLƏLƏNMƏ XƏBƏRİ AZƏRBAYCANDA BÖYÜK ÜZÜNTÜ İLƏ QARŞILANIB

Türkiyəli müğənni İbrahim Tatlısəsə martın 14-ü, gecə saatlarında Şişlidə bir avtomobildən atəş açılıb və o, başından ağır yaralanıb. Müğənni başından aldığı güllə yarasına görə Levent xəstəxanasına yerləşdirilib, daha sonra Maslak Acıbadem Xəstəxanasına aparılıb. İlk əməliyyatı 45 dəqiqə, ikinci əməliyyatı isə 3 saat davam edib. Müğənninin hazırki vəziyyəti kritik olaraq qalır. 
Türk sənət dünyasının imperatoru İbrahim Tatlısəsin güllələnmə xəbəri Azərbaycan sənətçilərini də sarsıdıb. Müğənnilər Tatlısəsə qarşı törədilən bu cinayəti bütün türk dünyasına qarşı həyata keçirilən süi-qəsd kimi dəyərləndirir.


“Onu vuran insanlıqdan kənar adamdı”


Elza Seyidcahan: “Çox pis olmuşam, belə bir müğənnini necə vurmaq olar? və hadisə türk dünyasına ağır zərbədir. Hamı onun üçün dua edir, mən də edirəm. İbrahim Tatlısəs, səsi qocalmayan sənətkarlardandı. Allah eləməsin səsi tutulsun”

.
“Çox sarsılmışam”


Nüşabə Ələsgərli: “Çox sarsılmışam, ona qarşı bu qatil hərəkəti yaxşı qəbul edə bilmərəm. Burda onun üçün dua edirəm”.


“Bəlkə onu ziyarət etməyə getdim”


Nadir Bayramlı: “Bu xəbəri eşidəndə üzüldüm, narahat oldum. İbrahim Tatlısəsin sənətini, səsini çox sevirəm. Tezliklə sağlığına qovuşmasını diləyirəm və dua edirəm. Ola bilsin ki, Tatlısəsi ziyarət etməyə getdim”.


“Vurulmağından xəbərim yoxdu”


İlhamə Quliyeva: “İbrahim Tatlısəsin vurulmağından xəbərim yoxdu”.


“Bu hadisəni psiləyirəm və tez sağalmasını azru edirəm”


Mənsum İbrahimov: “Çox böyük üzüntü keçirdim. İbrahim Tatlısəs çox böyük müğənnidir. Ona qarşı törədilən bu cinayət bütün türk dünyasına, müsiqisinə qarşı bir cinayətdi, süi qəsddi. İşlərimlə bağlı onu gedib ziyarət edə bilməyəcəm, amma bu hadisəni pisiləyirəm və tez sağalmasını azru edirəm”.
Aynurə Həsənova






15 Mart, 2011  18:01 Baxılıb: 1740 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner