Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya poçt trafikində spamlar artıb

“Kasperski laboratoriyası”nın hesablamasına görə, apreldə qlobal poçt trafikində spamın payı 71,1 faiz təşkil edib ki, bu da mart göstəricisindən 7,6 bənd çoxdur. Daha çox arzuolunmaz yazışmanın sayı son həftədə müşahidə olunub.

Maliyyə fırıldaqçıları bu dəfə bəzi şirkətlərin səhmlərini yuxarı faizlə almaq təklifində fəallaşıb. Onların qiymətləndirməsinə görə, səhmlərin dəyəri tezliklə artmalı və artan tələbat nəticəsində qiymət süni şəkildə yüksəlməli idi. Bu zaman fırıldaqçılar payı satmaqla səhmlərin qiymətinin kəskin azalmasına səbəb olub, aldadılan səhmdarlar isə ucuzlaşmış səhmlərlə kifayətlənib.

Dünya spamının əsas hissəsi hələ də Asiyanın payına düşür. Belə ki, Çin 24 faizlə liderliyini qoruyub, Cənubi Koreya 15,6 faizlə ikinci yerə yüksələrək ABŞ-ı (12,1 faiz) geridə qoyub.

Bundan başqa, apreldə daha çox yoluxmuş kompüterə server və istifadəçi kompüterlərinə hücum, eləcə də məlumatların ələ keçirilməsi üçün nəzərdə tutulan “ZeuS/Zbot” ailəsindən troyanlar yükləyən çoxsaylı zərərli proqramlara rast gəlinib ki, bunlardan da daha çox bank məlumatlarının oğurlanması üçün istifadə olunur.

Vüsal Qarayev







29 May, 2014  11:15 Baxılıb: 1000 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner