Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Fəzail Ağamalı TQDK-nı ittiham etdi

“BDU-nun hüquq fakültəsinə, Tibb Universitetinə qəbul üçün 100-150 min rüşvət alırlar”

Millət vəkili Fəzail Ağamalı Milli Məclisin bugünkü iclasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ünvanına sərt ittihamlar səsləndirilib. Lent.az-ın məlumatına görə, millət vəkili hökumətin hesabatına həsr olunmuş çıxışında TQDK-da korrupsiya hallarının olduğunu deyib. O qeyd edib ki, TQDK-nın strukturunda korrupsionerlik halları var və komissiya özü böyük bir repititorluq şəbəkəsi yaradıb. Onlar özləri hazırladıqları sualları bu şəbəkə vasitəsilə genişləndirməklə məşğuldur.


F.Ağamalı həmçinin qeyd edib ki, komissiya repititorluqla məşğul olsa da, vergidən yayınır: “TQDK mətbuata açıqlamalarında, verdiyi bəyanatlarda orta məktəblərdə təhsilin aşağı səviyyədə olmasını bildirir. Mütəmadi olaraq, hər il orta məktəblərdə təhsilin aşağı olmasını, attestat ballarının şagirdlərin biliyini düzgün əks etdirmədiyini iddia edir. Necə ola bilər ki, həmin şagirdlər daha sonra ali məktəblərə qəbul olunurlar? Oranı bitirdikdən sonra dövlət idarələrində çalışırlar, o cümlədən ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olurlar? Bu, başadüşülən deyil. TQDK-da rüşvətxorluq halları var. Hər il BDU-nun hüquq fakültəsinə, Tibb Universitetinə TQDK xətti ilə tələbələr qəbul edilir. Həmin tələbələr 100-150 min manatadək rüşvət verib qəbul olunurlar”.


F.Ağamalı onu da bildirib ki TQDK-nın strukturunda islahatlar aparılmalı, xüsusi ilə də oradakı korrupsiya hallarına şərait yaradan məsələlər yoxlanılmalı iş prosesi təkmilləşdirilməlidir.






15 Mart, 2011  19:42 Baxılıb: 1525 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner