Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Öz xalqınızı uşaq qatili olmaqdan çəkindirin"

Bahar Muradova Ermənistan prezidentinə və onun xanımına müraciət etdi

“Mən Azərbaycan parlamentinin vitse-spikeri kimi Ermənistan prezidenti Serj Sərkisyana və onun xanımına müraciət edirəm: öz xalqınızı uşaq qatili olmaqdan çəkindirin”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən iclasındakı çıxışında bildirib.

B. Muradova diqqəti bir neçə gün əvvəl Ağdamın Orta Qərvənd kəndində erməni snayperindən açılan atəş nəticəsində Fariz Bədəlovun qətlə yetirilməsinə yönəldib. Sədr müavini deyib ki, bu hadisə 8 Mart Beynəlxalq Qadınlar Günü, insanların Novruz Bayramına hazırlaşdığı bir vaxtda baş verib: “Bu addım prezidentlərin Soçi görüşündən sonra oldu. Öldürülən hərbçi deyil, 9 yaşlı uşaqdır. Mən bu gün Azərbaycanda səfərdə olan ATƏT sədrinə müraciət edirəm. Nə vaxta qədər uşaq qatili olan Ermənistana dəstək verəcəksiniz? Biz hər dəfə bu məsələləri qaldıranda tərəflər arasında etimadın təmin olunmasından danışırlar? Bundan sonra qarşı tərəfə necə etimad göstərmək olar?”

B. Muradova, həmçinin Azərbaycan qadınlarına müraciət edərək, Novruz Bayramı günü süfrələrində Azərbaycan ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsini yad etmək üçün şam yandırmalarını xahiş edib.






15 Mart, 2011  17:28 Baxılıb: 1330 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner