Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

15-dək baş həkim və şöbə müdiri cəzalandırılıb

Tibb müəssisələrinin baş həkimlərinə və şöbə müdirlərinə şiddətli töhmət verilib

Əhalinin tibbi yardımın göstərilməsi ilə bağlı etdiyi şikayətlər əsasında Səhiyyə Nazirliyi Bakıda 15-ə yaxın baş həkim və şöbə müdirinə şiddətli töhmət verib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. Onun sözlərinə görə, əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin araşdırılmasının yerlərdə təşkili və bu zaman operativliyin, şəffaflığın təmin olunması məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Bu əmr əsasında Bakı şəhərindəki tibb müəssisələrinə SN-nin mütəxəssisləri təhkim olunub. 


A. Qədirli deyib ki, bu mütəxəssislərə edilmiş müraciətlər əsasən, stasionar müəssisələrə qəbul olmaq üçün yaranmış problemlərlə bağlıdır: “Bu problemlər odur ki, çox vaxt xəstələrdə ambulator poliklinikalardan göndərişlər olmur. Xəstələr stasionar müəssisələrə sənədsiz müraciət edirlər. Müraciət edənlərin bir qismi həkimlərin etik davranışından şikayət ediblər. Bu məsələ də operativ həllini tapır. Amma əsassız müraciətlər də çoxdur”.


Qeyd edək ki, nazirliyin yerlərə təhkim edilmiş mütəxəssisləri şənbə günü də daxil olmaqla, hər iş günü saat 9:00-15:00-dək fəaliyyət göstərirlər.






15 Mart, 2011  17:41 Baxılıb: 1437 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner