Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YARADICI HƏYATIN BAŞLANĞICI

“Azərbaycanlı hansı ölkədə yaşamasından asılı olmayaraq, məhz bu bayramda azərbaycanlı olduğunu xatırlayır”

Qədimdən insanlar təbiət hadisələrini maraqla izləyiblər. Tarixi əsərlərdən, dastanlardan da görüldüyü kimi, türk təfəkküründə suya, oda, torpağa - bütün varlıqlara yaradıcı yanaşma olub. Təqdiqatçılar deyir ki, Novruz haqqında ilkin təsəvvürlərin 7000 min il yaşı var. Novruzun bayram səviyyəsinə çatması Zərdüşt dönəminə (2500 il bundan əvvələ) təsadüf edir. 

Od - insanları daxilən təmizləyən müqəddəslik rəmzi

Folklorşünas Elçin Qaliboğlu Novruza qədərki dönəmin bir neçə mərhələdən ibarət olduğunu qeyd edir. Böyük çillə 40 gün - dekabrın 20-dən fevralın 1-nə, kiçik çillə 20-ə qədər çəkir. Növbəti mərhələ çərşənbə bayramlarıdır: “Çərşənbələr həyatın yaranmasına əsas hücrə olan dörd ünsürlə əlaqəlidir: su, yel, od, torpaq. İnanclara görə, təbiət suyun gəlişindən canlanır. Bu da ruhun, duyğuların oyanması ilə müşahidə olunur. Novruzun əsas mahiyyəti odla bağlıdır. Od qədim türk təfəkküründə insanları hər cür pisliklərdən arındıran, onu daxilən təmizləyən müqəddəslik rəmzidir. Buna görə odun üzərindən atlamaq acıları, dərdləri köhnə ildə qoymaq, yeni ilə saf niyyətlə keçmək kimi yozulur. Yel oyanmış suyun, odun, yəni azadlığın sorağını dünyaya yayır və torpağı canlandırır. Torpaqsa bərəkət simvoludur”.

İmam Əlinin taxta çıxdığı gün?

İnsanların xeyirə və şərə inamı yarandığı vaxtdan Novruz ilahi bayram kimi qəbul olunub. E.Qaliboğlu düşünür ki, bayramın ilkin qaynağı, sistem halında mənalandırılması Azərbaycan təsəvvürləri ilə bağlıdır: “Novruz ümumşərq bayramı olsa da, mahiyyətində türk düşüncəsi var. Bayramın şöhrəti artdıqca, ölkələrdə yayıldıqca hər bir xalq ona özünəməxsus çalar gətirib. Novruzla əlaqəli ilkin düşüncələri Ərganakon hadisəsilə də bağlayırlar. Belə ki, 400 il Ərganakonda qalan türklərin xilas olunduğu gün Novruz bayramına düşür. Başqa bir əhvalata görə, İmam Əlinin taxta çıxdığı gün də Novruza təsadüf edir”.

Novruzda təkallahlıq dininin müxtəlif elementləri var

Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənli bu bayramın İslam dini ilə əlaqəsi olmadığını bildirir: “Novruzun tarixi İslamdan çox qədimdir. Bəzi tədqiqatçılar bu bayramı ilahi dinlərlə, yəni keçmiş peyğəmbərlərdən birinin gətirdiyi dinlə əlaqələndirirlər. Çünki bu bayramda təkallahlıq dininin müxtəlif elementləri var və onlar çox dəyərli adət-ənənədir”.
Ş.Həsənli Novruzun İslam dinində bəyənilmiş bayram olduğunu deyir: “Bu barədə hədislərdə də qeyd olunub. İslam dininin yayıldığı ərazilərdə Novruz bayramının adət-ənənələri indiyədək görünür”.

“İstənilən hadisə xeyirə yozulmalıdı”

E. Qaliboğlunun fikrincə, Novruz bayramı sistem olaraq müxtəlif ayinlərdən ibarətdir. O zamanlar da qışdan yaza keçid dönəmində müxtəlif bayramlar keçirilib. Sonradan onların əksəriyyəti aradan çıxıb, sadələşib, müəyyən elementlər əlavə olunub və indiki Novruz bayramı kimi günümüzə gəlib çatıb. Fala baxmaq da bu ayinlər sırasındadır.
Ş. Həsənli deyir ki, hansısa pis niyyətlə fal tutmaq günahdır: “İnsan istənilən bir hadisə ilə, təsadüflə qarşılaşdıqda onu xeyirə yozmalıdır. Ümumiyyətlə, İslam dinində fala baxmaq qadağan olunur”.

Təmiz söz, təmiz düşüncə, təmiz əməl – Zərdüşt dövründən insanlar üçün əsas sayılan bu meyarlar Novruzda əksini tapır.
Ş. Həsənli köklü adətlərimizin yer aldığı “Novruz”un xalqın biraraya gəlməsi üçün münasib bayramlardan biri olduğunu vurğulayır: “Azərbaycanlı hansı ölkədə yaşamasından asılı olmayaraq, məhz bu bayramda azərbaycanlı olduğunu xatırlayır”.

Arifə Mikayılova






15 Mart, 2011  16:31 Baxılıb: 1900 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner