Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsveçrə prezidenti və Azərbaycanın birinci xanımı İçərişəhərdə olublar

Mişelin Kalmi-Rey və Mehriban Əliyeva martın 14-də dünya mədəni irs abidələrindən olan İçərişəhərə gəliblər

İsveçrə Konfederasiyasının prezidenti Mişelin Kalmi-Rey və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 14-də dünya mədəni irs abidələrindən olan İçərişəhərə gəliblər. Bu barədə APA “Azərtac”a istinadən məlumat verir.
Ali qonağa məlumat verildi ki, İçərişəhərin çox qədim tarixi vardır. Bu şəhərin minilliklər ərzində mövcud olduğunu bu gün ərazisində yerləşən abidələr təsdiqləyir. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hazırda yaşayış və tarix-memarlıq kompleksi olan İçərişəhər hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatələnib.
İsveçrə prezidenti Mişelin Kalmi-Rey və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Buxara Karvansarayına baxıblar. Bildirilib ki, Kаrvаnsаrаyın orijinal memarlıq quruluşu var.
Qız qalasına baxan qonağa məlumat verilib ki, eradan əvvəl VII-VI əsrlərdə əsası qoyulan bu abidə XII əsrdə bərpa olunub. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan qala silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.
İçərişəhərin qədim abidələrindən olan Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş eksponatların ekspozisiyası da İsveçrə prezidentində maraq doğurub. Məlumat verilib ki, Qız qаlаsının şimal tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı zamanı mаrаqlı quruluşa malik Sıratağlı abidə аşkаr olunub. Bu ərazidən 52 qəbir tapılıb.
Gəzinti zamanı qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan son təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.
Sonra Cümə məscidi ilə tanışlıq olub.
“Kiçik Karvansara” abidəsindəki təsviri və dekorativ–tətbiqi incəsənət mərkəzində - “İncəsənət bağı”nda olan qonaqlar çay süfrəsi ətrafında söhbət ediblər.
Ali qonağa xatirə hədiyyələri təqdim olunub.
Sonda İsveçrə Prezidenti İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.






15 Mart, 2011  04:05 Baxılıb: 1337 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner