Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

"Qaddafiylə necə davranaq?"

Böyük Səkkizlik bu suala cavab axtarır

ABŞ Dövlət katibi Hillari Klinton martın 14-də Parisdə Liviya müxalifətinin liderləri ilə görüşəcək. Benghazi şəhərində Milli Şurada yaradan müxalifətçilər dünya liderlərində Liviya üzərindən uçuşlara qadağa qoyulmasını xahiş edirlər. Artıq bu fikri Ərəb Liqası ölkələri də dəstəkləyiblər. Fransa bildirib ki, bu qadağanın tətbiqi barədə BMT-də qərar çıxarılması üçün diplomatik fəallığını artıracaq.

Böyük Səkkizlik ölkələrinin xarici işlər nazirləri martın 14-də bu təklifi müzakirə edəcəklər.

Amma vaxt müxalifətin yarımsilahlı qüvvələrinin əleyhinə işləyir. Liviya dövlət televiziyası martın 14-də elan edib ki, Qaddafi hökuməti ona qarşı etiraz askiyalarına qoşulan əsgərlər təslim olsalar, onlar əfv ediləcəklər.

Qaddafiyə tabe olan ordu hissələri ölkənin şərq ərazilərinə nəzarət edən və paytaxt Tripoliyə doğru hərəkət edən müxalifətin silahlıq qruplarının hücumlarının qarşısını alıb, bir neçə şəhərdən onları çıxarıb.

Bazar günü neft şəhəri olan Brega uğrunda tərəflər arasında qanlı döyüşlər olub.
Bir aya yaxındır Liviya lideri Muammar Qaddafinin 42 illik hakimiyyətinə son qoyulması uğrunda ölkədə müxalifətin mübarizəsi gedir. Dinc etiraz askiyalarına silahlı müdaxilədən sonra ölkədə vəziyyət qarışıb. Qaddafi ölkənin əsas şəhərlərinə nəzarəti itirib. Amma son vaxtlar ona tabe olan qüvvələr yenidən şəhərlərə nəzarəti ələ alırlar.

Avropa və ABŞ liderləri Qaddafinin dərhal istefa verməsini tələb edirlər.






14 Mart, 2011  22:52 Baxılıb: 1299 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner