Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İlyas Əfəndiyev. Şeirə sığmayan ömür”

Yazıçı haqqında kitab çap olunub

Martın 16-da Muzey Mərkəzində XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının təqdimat mərasimi keçiriləcək. 

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, millət vəkilləri, ziyalılar iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin nəşr layihəsi olan “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabı “Təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunub. Kitabın tərtibçisi və redaktoru Günay Əfəndiyevadır. Kitabda, adından göründüyü kimi, unudulmaz yazıçıya həsr olunmuş şeirlər, tanınmış şəxslərin ürək sözləri və qiymətli fotoşəkillər yer alıb.
Heydər Əliyevin İlyas Əfəndiyev barədə dəyərli fikirləri ilə açılan kitabda tərtibçi-redaktor Günay Əfəndiyevanın ön sözü, xalq yazıçısı Elçinin “Şeirə sığmayan ömür” məqaləsi, Süleyman Rüstəm, Qabil, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Ramiz Rövşən, Tofiq Nurəli və başqa şairlərin qələmə aldığı şeir nümunələri toplanıb. Yazıçının parlaq poetik obrazını tamamlamaq məqsədi ilə kitaba fotoşəkillərlə yanaşı rəssamların bu mövzuda çəkdiyi illüstrasiyalar, teatr eskizləri, digər bədii rəsm və foto nümunələri də daxil edilib.






14 Mart, 2011  21:31 Baxılıb: 2156 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner