Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məmurlar etikaya necə əməl edirlər?

İqtisadi Tədqiqatlar Mərkəzi sorğunun nəticələrini açıqlayıb

Dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə 1200 nəfər arasında sorğu keçirilib. Sorğu əsasən məmurların etik davranışığını öyrəmək xarakteri daşıyıb.  

İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən sorğu göstərib ki, respondentlərin 53 faizi yerli icra hakimiyyətləri, 19 faizi kommunal xidmətləri təmin edən orqanlar, 14 %-i səhiyyə və təhsil müəssisələri ilə tez-tez təmasda olur. Onların 55 faizinin fikrincə, dövlət qulluqçularının etik davranışları qaneedicidir. Respondentlərin 24,8 faizi dövlət qulluqçularının etik davranışlarından qismən razı qaldıqlarını, 8,5 faizi isə razı qalmadıqlarını bildirib. Dövlət qulluqçularının etik davranışlarından razı qalmayanlar buna əsasən 2 səbəb – məmurların əmək haqqının aşağı olmasını və mövcud qanunvericiliyi bilməmələrini göstərib. Dövlət orqanlarının və qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə təsir etmək imkanının aşağı olduğunu qeyd edən respondentlər onun səbəbini cəmiyyətdə ictimai nəzarətin kifayət qədər inkişaf etməməsi, ictimai qınağın yoxluğu ilə izah ediblər.

Respondetlərin 52 faizi dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi halları ilə qarşılaşmadığını bildirib. Sorğuda iştirak edənlərin 36 faizi dövlət məmurlarının fəaliyyətində korrupsiya və maraqların toqquşmasına şərait yaradan halların aradan qaldırılmasının, 24 faizi dövlət orqanlarının fəaliyyətinin səmərəli və şəffaf təşkilinin vacibliyinio bildiriblər.

RAMİL






14 Mart, 2011  22:14 Baxılıb: 1424 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner