Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bayram yarmarkası

Yarmarkalar Bakının bütün rayonlarını əhatə etməklə 24 məntəqədə təşkil olunur

İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti dövlət orqanları ilə birgə Novruz bayramı ərəfəsində Bakının müxtəlif ərazilərində ərzaq mallarının satış yarmarkalarını təşkil edilib. İqtisadi İnkişaf Nazirliyindən Simsar.az-a bildiriblər ki, satış yarmarkalarının təşkilində məqsəd istehlakçıların seçim imkanlarının artırmaq, süni qiymət artımının qarşısının almaq, eləcə də Novruz Bayramı ilə əlaqədar əhalinin tələbatını ödəməkdir. Nazirlikdən verilən məlumata görə, istehlakçılar həmin yarmarkalardan müxtəlif ərzaq mallarını və kənd təsərrüfatı məhsullarını daha ucuz qiymətlərlə əldə edə bilərlər. 

Yarmarkalar aşağıda göstərilən ünvanlarda fəaliyyət göstərir:

Binəqədi rayonunda

- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin ərazisində;
- Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yaxınlığında;

Xəzər rayonunda

- Mərdəkan qəsəbəsi, avtobus dayanacağının yaxınlığında;
- Qala qəsəbəsi, Dəmiryol vağzalının yanında;
- Binə qəsəbəsinin mərkəzindəki açıq sahədə;

Xətai rayonunda

- "Bakı" kinoteatrının yanı
- M.Hadi küçəsi, Əhmədli metrosunun çıxışında;

Qaradağ rayonunda

- Lökbatan qəsəbəsindəki açıq sahədə;
- Sahil qəsəbəsindəki açıq sahədə;
- Ələt qəsəbəsindəki açıq sahədə;
- Qobustan qəsəbəsindəki açıq sahədə;

Nərimanov rayonunda
- Keşlə bazarının ərazisində;
- Gənclik metrosunun çıxışındakı boş sahədə;
- "Yaşıl bazar"ın ərazisində;

Nəsimi rayonunda

- Mərkəzi bazarın ərazisində;
- 3-cü mikrorayon, "Tovuz-Baltiya" LTD-nin ərazisində;

Nizami rayonunda

- 8-ci km bazarının ərazisində;

Sabunçu rayonunda

- Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Dəmiryol vağzalının yaxınlığında;
- Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 1 ünvanındakı sahədə;

Səbail rayonunda

- Badamdar qəsəbəsi, 239 saylı məktəbin yaxınlığında;

Suraxanı rayonunda

- Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2 ünvanında;
- Qaraçuxur qəsəbəsindəki "Günəş" ticarət mərkəzində;
- Hövsan bələdiyyə bazarında;

Yasamal rayonunda

- Ə.Əhmədov küçəsi, Əlillərin ticarət mərkəzinin qarşısındakı meydanda






14 Mart, 2011  19:13 Baxılıb: 1418 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner