Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MÜSAVAT AXCP-yə PROBLEM YARADA BİLƏR

Arif Hacılı: “Palatanın toplantısında mitinq məsələsini qaldıranda təklifimi heç səsə qoymadılar, indi özləri mitinq keçirmək istəyirlər və dəstək umurlar”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) aksiya keçirməyə hazırlaşır. 
Bu barədə Simsar.az-ın əməkdaşına AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu məlumat verib.

Onun sözlərinə görə, partiya yerli təşkilatlarla birgə mitinq hazırlığını başa çatdırıb və İctimai Palatanın Koordinasiya Şurasına müraciət ediblər ki, mitinqi birgə keçirsinlər. 

Partiya sədrinin köməkçisi Faiq Əmirov isə açıqlamasında bildirib ki, Koordinasiya Şurasının qərarından asılı olmayaraq, AXCP mitinq keçirməkdə israrlıdır.

Bundan öncə Müsavat Partıyası martın 12-də birgə mitinq keçirməklə bağlı Koordinasiya Şurasına müraciət etmişdi. Lakin İctimai Palata sadəcə mənəvi və siyasi dəstək ifadə edərək aksiyaya dəstək vermişdi. Müsavat Partiyası İctimai Palatanın toplantısında AXCP-nin mitinq qərarına dəstək verəcəkmi?
Müsavat Partiyası mərkəzi aparatının rəhbəri Arif Hacılı Simsar.az-a açıqlamasında bildirib ki, onlar İctimai Palatanın mitinq məsələsində gecikdiyini düşünür: “İctimai Palata gecikib. Mən Palatanın toplantısında mitinq məsələsini qaldıranda təklifimi heç səsə qoymadılar. Amma indi özləri mitinq keçirmək istəyirlər və İctimai Palatadan dəstək umurlar. Müsavat Partiyasının AXCP-nin mitinqilə bağlın hansı qərar qəbul edəcəyini indidən deyə bilmərəm”.
AMİP mətbuat katibi Əli Orucov İctimai Palata çərçivəsində mitinq keçirilməsini mümkün sayır: “Konkret halda AXCP-nin mitinqilə bağlı qərarına AMİP-in qoşulub-qoşulmayacağını indidən deyə bilmərəm”.

Ruslan






14 Mart, 2011  20:58 Baxılıb: 1826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner