Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

II Beynəlxalq Muğam Festivalı başlayır

Festival 8 gün olacaq

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə bu gün Bakıda “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı başlayır. Festivalın başlanması ilə əlaqədar Bəstəkarlar İttifaqında mətbuat konfransı keçirilib.

Simsar.az-ın məlumatına görə, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə I Beynəlxalq Muğam Festivalını xatırlayaraq onun böyük rezonans doğurduğunu deyib. İkinci festival barədə ətraflı məlumat verən F. Əlizadə 8 günlük festival çərçivəsində hər gün bir neçə tədbir keçiriləcəyini bildirib. 

Konfransda iştirak edən Paris Universitetinin professoru Jan Dürink ilk festival barədə təəssüratlarını bölüşüb. O, Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi vurğulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva qeyd edib ki, festivala qatılan bütün xarici qonaqların xərcləri dövlət tərəfindən ödənir. O bildirib ki. festival çərçivəsində qonaqlar üçün Bakının görməli yerlərinə xüsusi ekskursiyalar təşkil olunacaq.

Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi isə festival çərçivəsində keçiriləcək muğam müsabiqəsi barədə məlumat verib. Onun sözlərinə görə, martın 17-də müsabiqənin püşkatması olacaq, 18-də isə yarışma başlayacaq. Martın 20-də - müsabiqənin son günündə isə qaliblər müəyyənləşəcək. S. Kərimi söyləyib ki, müsabiqəyə Azərbaycanla yanaşı Çin, Hindistan, Özbəkistan, İordaniya, İran, Küveyt, Mərakeş və Türkiyədən də ifaçılar qatılacaq. Ölkəmizi isə festivalda 5 ifaçı təmsil edəcək – Fərqanə Qasımova, Babək Niftəliyev, Aytən Məhərrəmova, ehtiram Hüseynov və Nişanə Baxışova.

Qeyd edək ki, festivalın açılış mərasimi bu gün axşam Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Bağlanış mərasimi ilə bağlı qala konsert isə martın 21-də Heydər Əliyev Sarayında olacaq.






14 Mart, 2011  17:53 Baxılıb: 1651 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner