Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Daha iki palçıq vulkanı aktivləşir

Şıxzəyirli palçıq vulkanı püskürərkən alovun hündürlüyü 60-70 metrədək qalxıb

Martın 13-də Qobustan rayonu ərazisində püskürən Şıxzəyirli palçıq vulkanında püskürmə dayanıb. Hazırda vulkandan qaz çıxır, 1,5 m hündürlükdə alov müşahidə olunur. Bu barədə APA-ya hazırda ərazidə araşdırma aparan Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin mühəndisi Arif Hüseynov bildirib. 

Onu sözlərinə görə, hazırda vulkanın krater sahəsində böyük miqdarda püskürmə tullantıları var: “Vulkanın püskürməsi yerli əhalini bir az qorxuya salıb. Əgər vulkanın kraterinə yaxın yaşayış evləri olsaydı, bu, ciddi təhlükə yaradardı. Yaxşı ki, yaşayış evləri bir qədər kənardadır”.
A. Hüseynov deyib ki, dəniz səviyyəsindən 639 m hündürlükdə olan Şıxzəyirli palçıq vulkanı sonuncu dəfə 2001-ci ildə püskürüb: “Biz ölçmə işləri aparıb, ərazinin sxematik xəritəsini çəkəcəyik. Vulkanın aktivləşməsini səbəbləri də araşdırılacaq. Vulkan 10 il əvvəl püskürüb. Bu müddətdə vulkan daxili enerjisini toplayıb. Bu enerji kənara verilməli idi. Amma palçıq vulkanlarının püskürməsinin seysmik aktivliklə əlaqəsi də ola bilər”.

A. Hüseynovun sözlərinə görə, ümumiyyətlə Azərbaycanda 300-dən artıq palçıq vulkanı var. Onlardan təxminən 30-a yaxını aktivdir. İl ərzində Azərbaycanda təxminən 2-3 vulkan püskürür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) də Şıxzəyirli palçıq vulkanının püskürməsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən saat 11.20-də püskürən vulkanla bağlı ETSN-nın Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərin İnkişafı Departamentinin və Geoloji Kəşfiyyat Xidmətinin elmi işlər üzrə mütəxəssisləri də araşdırma aparıblar. Araşdırma zamanı palçıq vulkanının püskürməsi nəticəsində külli miqdarda palçıq lavasının ətraf ərazilərə axdığı və partlayış nəticəsində torpaq üzərində 40-50 santimetrlik çatların əmələ gəldiyi məlum olub. Bəzi yerlərdə lavanın hündürlüyü 30 santimetrdən 3 metrədək çatıb. Vulkan püskürərkən alovun hündürlüyü 60-70 metrədək qalxıb, istilik isə 3 kilometr məsafəyədək hiss olunub. Püskürmüş Şıxzəyirli palçıq vulkanından təqribən 600-700 metr məsafədə yaşayış evləri yerləşdiyindən əraziyə aidiyyəti qurumlar tərəfindən gün ərzində nəzarət olunur. Hazırda palçıq vulkanının müxtəlif yerlərində səs-küylə müşayiət olunan qaz çıxır, alovun hündürlüyü 2 metrə çatır.

Nazirliyin məlumatında qeyd olunub ki, təqribən 6-7 ildən bir aktivləşən Şıxzəyirli palçıq vulkanı sonuncu dəfə 2005-ci ildə püskürüb, lakin budəfəki püskürmə daha güclü partlayışla müşayiət olunub. Hazırda Ələt qəsəbəsində yerləşən Daşgil və Ayrantökən palçıq vulkanlarında da ciddi aktivlik müşahidə olunur.






14 Mart, 2011  17:12 Baxılıb: 1308 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner