 
                    Müğənni Şimali İraqda yollarını ayırdığı ortaqlarının qəzəbinə tuş gəlib
Polis Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsi güllələyən şəxslərin izinə düşüb. 
 
 Simsar.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə,  müğənninin bu gecə güllələndiyi Şişlidə mehmanxana və bölgədəki iş  yerlərinin müşahidə kameraları izlənilib və iraqlı olduğu  müəyyənləşdirilən 3 şübhəlinin izinə düşülüb. 
 
 “Vatan” yazır ki, öncə müğənninin PKK terror təşkilatı tərəfindən  sui-qəsdə uğradığı güman edilsə də, bu ehtimal əsaslı sayılmayıb. Polis  İbrahim Tatlısəsin az əvvəl Şimali İraqda yollarını ayırdığı  ortaqlarının qəzəbinə tuş gəldiyini real sayır. Qatillərin iraqlı olması  və ona “Kalaşnikov” markalı avtomatlardan atəş açılması da bu versiyanı  gücləndirib.
DİGƏR XƏBƏRLƏR