 
                    Müğənninin durumu ağırdır
 Bu gecə Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs güllələnib. 
 
 Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İbrahim  Tatlısesə Şişlidə bir avtomobildən atəş açılıb və o, başından ağır  yaralanıb. 
 
 Olay zamanı Tatlısəsin köməkçisi İpək Çakıcı da yaralanıb. Müğənni  Levent Xəstəxanasına yerləşdirilib, daha sonra Maslak Acıbadem  Xəstəxanasına aparılıb. Öncə 45 dəqiqəlik cərrahi əməliyyat, daha sonra 3  saat sürən ikinci cərrahi əməliyyat olunub. İbrahim Tatlısəs və  köməkçisinin durumunun ağır olduğu bildirilir. 
 
 Polis cinayətkarları axtarır.
DİGƏR XƏBƏRLƏR