Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Baş Polis İdarəsi aksiya ilə bağlı məlumat yayıb

“Qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınıb, 50 nəfər saxlanılıb”

Bakı şəhər Baş Polis İdarəsi Müsavat partiyasının martın 12-də keçirmək istədiyi mitinqlə bağlı məlumat yayıb. 


Simsar.az - ın məlumatına görə, Müsavat Partiyasının rəhbərliyi metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Praqa” şadlıq sarayının qarşısından başlayaraq, Qara Qarayev prospekti ilə “Təbriz” kinoteatrınadək yürüş-mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. 


“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinin tələbləri, o cümlədən ictimai təhlükəsizlik və digər şəxslərin hüquq və mənafelərinin qorunması baxımından, aksiya marşrutunun və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən stadionun ərazisi təklif olunub. Bu barədə müraciət müəlliflərinə rəsmi məlumat verilib. Lakin tədbirin dinc və qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun keçirilməsini təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etmək barədə həmin Qanunun 12-ci maddəsinin III hissəsinin tələbinə riayət etməyən təşkilatçılar hakimiyyət orqanları ilə qarşıdurmaya getməkdə maraqlı olduqlarını növbəti dəfə nümayiş etdiriblər. Onlar həmin gün saat 14:00-dan başlayaraq, ümumi sayı təxminən 150 nəfərədək olan kiçik qruplarla şəhərin mərkəzi hissəsində, əsasən, Nizami küçəsi və “Fəvvarələr” meydanı istiqamətində yürüş keçirməyə cəhd göstərib.


Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınıb, asayişin kütləvi şəkildə pozulmasına imkan verilməyib. Görülmüş tədbirlərlə qanunazidd hərəkətlərin qarşısı alınaraq 50 nəfər saxlanılıb. Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilib. İzahatları alınmış 30 nəfər isə hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb.

Fakt üzrə araşdırmalar aparılır.






12 Mart, 2011  22:44 Baxılıb: 930 Çap

Bu bölmədə

5 Sentyabr, 2020
Bakıda ev yandı

XƏBƏR LENTİ









5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31



sagbanner