Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Yaponiya AES-indəki partlayış dünyanı zəhərləyəcəkmi?

Fəlakətin Azərbaycana təsiri ola bilərmi: Xəzər dənizinin radiasiya buluduna təsiri varmış

Yaponiyada güclü zəlzələdən sonra zədələnmiş "Fukusima-1" atom-elektrik stansiyasında (AES) partlayış baş verib. Simsar.az bildirir ki, partlayış bir neçə saat əvvəl rəsmi dairələrin heç bir problem olmadığını iddia etdiyi «Fukusima-1» AES-ində baş verib. Soyutma işləri aprılarkən baş verən partlayış nəticəsində 4 işçi yaralanıb. Hazırda ərazidə radiasiya normadan 20 dəfə çoxdur.

Partlayışla əlaqədar Yaponiya hökuməti əhaliyə müraciət edib. İnsanlar evlərini tərk etməməyə, pəncərələri, qapıları bağlamağa, kondisionerləri söndürməyə çağırılıb.

Bəs bu partlayışın yaxın regionlar, o cümlədən Azərbaycan üçün təhlükəsi varmı? Radiasiya dalğası bizə gəlib çata bilərmi?

AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, partlayış atom-elektrik stansiyasının nüvə reaktorunda olsaydı, bütün dövlətlərə rəsmi şəkildə xəbər verilərdi.
"Yəqin qəza köməkçi sistemlərdə baş verdiyindən, bizə belə bir xəbərdarlıq edilməyib", - A.Qəribov söylədi.

Radiasiyanın normadan 20 dəfə artıq həddə yüksəlməsinə gəlincə, A.Qəribov bunu normal hesab etdiyini deyir: “Suraxanı və digər çirklənmiş zonalarda radiasiya fonunun miqdarı normadan 100 dəfər artıqdır. Radiasiya 20 dəfə artıbsa, elə də təhlükəl yoxdur. Yəqin stansiyada hansısa istilik daşıyıcısında sıszma olub. Yəni baş vermiş partlayış köməkçi sistemdə olub”.

Mütəxəssisin fikrincə, problemi qısa zamanda aradan qaldırmaq mümkün olacaq.
"Bizim sovet reaktorlarından fərqli olaraq, Yaponiyada istehsal edilən reaktorlar idarə olunandır. Onalrın reaktorlarında üçqat qapanma var. Hətta hər hansı problem olarsa, reaktor özü bağlanır avtomatik olaraq. Ona görə də təhlükə yoxdur. Əgər hər hansı təhlükə olsaydı, yəqin ki, F.vqəladə Hallar Nazirliyi vasitəsilə xəbərdarlıq edilərdi”, - institut direktoru bildirdi.

Onun sözlərinə görə, Yaponiyadakı "Fukusima-1" atom-elektrik stansiyasında hətta bütün reaktorlar partlasa belə, bizim üçün təhlükə yoxdur, çünki Sakit Okean və Xəzər dənizi radiasiya dalğasını dəniz ölkəimizə buraxmaz: "Ən gözəl müdafiə sudur. Su bütün təhlükəli maddələri çökdürür”.






12 Mart, 2011  19:35 Baxılıb: 1485 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner